VAGİNAL AXINTI

Vaginal axıntı, zərif cinsin demək olar ki, bütün nümayəndələrində mütəmadi olaraq təsadüf olunan bir haldır. Amma bəzən bu vaginal axıntılar ginekoloji problemin xəbərçisi də ola bilər. Buna görə xanımlar cinsi gigiyenalarına diqqətli olmalıdırlar.

Vaginal axıntılar fizioloji (normal) və patoloji (qeyri normal) olur. Fizioloji axıntı adlandırdığımız: şəffaf, duru, selikli, qoxusuz axıntıdır və sağlam qadınlarda müşahidə olunur. Fizioloji axıntıların miqdarı aybaşı tsiklinin fazasından asılı olaraq dəyişir və qaşınma, xarici cinsiyyət orqanlarında diskomfort, bədən temperaturunun yüksəlməsi ilə müşayiət olunmur.

Ovulyasiya vaxtı, o cümlədən hamiləlik dönəmində hormonal balansa bağlı olaraq axıntının miqdarı artır. Patoloji axıntılar qatı, köpüklü, qoxulu, sarımtıl-yaşıl olub, qaşınma, diskomfort ilə müşayiət olunur.

loading...

Əgər sizdə, yuxarıda qeyd etdiyimiz, patoloji axıntı şikayətləri varsa, mütləq ginekoloqa müraciət edin! Həkimin müayinəsi əsasında axıntının xarakteri dəyərləndirilməli və ehtiyac olarsa, yaxma götürülməlidir.

Dr. Rumiya Maçanova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...