VƏRƏM XƏSTƏLİYİ

Vərəm – xroniki infeksion xəstəlikdir. Hazırda dünyada ən təhlükəli infeksiyalardan biri olaraq qalmaqdadır və əsasən əhalinin əmək qabiliyyətli hissəsini zədələyir. Hər il 3.5 milyon insan vərəmlə xəstələnir və 1 milyon insan vərəmdən ölür. Hər dəqiqə təxminən 2 insan vərəmdən dünyasını dəyişir. XX əsrin əvvəllərində insan ölümünün 20 faizi məhz vərəmdən baş verirdi.

Vərəmi «tuberkulozis» də adlandırırlar. Latıncadan tərcüməsi qabarcıq deməkdir. Vərəmin törədicisi isə onu aşkar edən alimin şərəfinə «kox» çöpləri adlandırılır. Xəstəliyin lokalizasiyasına görə tənəffüs üzvlərinin vərəmi və qeyri-ağciyər formalı (dərinin, sümüklərin, oynaqların, böyrəyin, mədə-bağırsaq sisteminin və s.) vərəm ayırd edilir. Mycobacterim tuberculosis və ya Kox çöpləri tərəfindən törənir. Bunlar aerob, turşuyadavamlı bakteriyalar olub ətraf mühitin bir sıra təsirlərinə qarşı çox davamlıdır.

Sağlam, yaxşı immunitetə malik insan vərəmə yoluxduqda adətən heç bir əlamət üzə çıxmır, bu zaman daxildə yaranmış kiçik vərəm prosesi isə öz-özünə sağalır. Bu prosesdən bəzən heç bir əlamət qalmır və ya kiçik məhdud Qon ocağı qalır. Bu cür ilkin yoluxma adətən uşaq və ya yeniyetmə yaşlarında baş verir.

loading...

Yoluxma çox zaman hava-damcı üsulu ilə baş verir, adətən payız aylarında yoluxma ehtimalı artır. İlkin yoluxanların yalnız 0.4-0.5%-indi vərəm xəstəliyi əmələ gəlir. Lakin çox zaman vərəm xəstəliyi orqanizmin zəifləməsi fonunda uşaq vaxtı ilkin yoluxma zamanı əmələ gəlib qalmış Qon ocaqlarının yenidən aktivləşməsi nəticəsində yaranır.

Xəstəlik yalnız yaxşı qidalanmayan, qeyri-qənaətbəxş şəraitdə yaşayan, müxtəlif səbəblərdən immuniteti aşağı olan, digər xəstəliklər fonunda (şəkərli diabet, QİÇS və s.), çox siqaret çəkən, və ya zərərli tozlarla daim nəfəs alan insanlarda və s. inkişaf edir.

Vərəmdən qorunmağın ən sadə üsulu immunitetin zəifləməsinə yol verməməkdir. Qida rasional, zülallar, vitaminlər, mineral maddələrlə kifayət qədər zəngin olmalıdır.

loading...

Bunuda oxu...