UZUNÖMÜRLÜLÜYƏ MƏHDUDİYYƏT YOXDUR – ALİMLƏR

Uzun ömürKeçən oktyabr ayında, alimlərin insanların orta hesabla 115 il yaşaya biləcəyini müəyyənləşdirməsi böyük bir sensasiyaya səbəb oldu. Bu elə bir yaşdır ki, artıq bu yaş dövrünə qədəm qoyduqda insan bədəni və beyni sadəcə olaraq fəaliyyətini dayandırır; çünki bu orqanların sadəcə olaraq qeyd olunan qədər fəaliyyət göstərməsi nəzərdə tutulub.

“Nature” jurnalında dərc olunan bu məlumat uzunömürlülük tədqiqatçıları arasında qızğın mübahisələr doğurmuşdur. Bəziləri düşünürdü ki, bu nəticə onların fikirləri ilə üst-üstə düşür, digərləri isə bu mövzuda xüsusi olaraq müəyyən olunmuş məhdudiyyətlə razılaşmadı.

“Nature” jurnalının yeni sayında, nəşriyyatçılar insanların nə qədər yaşaya biləcəyi ilə bağlı məhdudiyyətin olmamasını irəli sürən əsl müəlliflərin metodlarını tənqid edən alimləri dəvət etdi. Öz tənqidi mülahizələrində, tədqiqatçılar əsl müəlliflərin mülahizələrində haqlı olmayan və yalan fikirlər irəli sürdüklərini qeyd edərək onların metodlarını hissə- hissə izah etdilər(insanların yalnız 115 il yaşaya biləcəyini irəli sürən tədqiqatçılar öz nəticələrinə görə hazırki müəlliflərin hər bir tənqidinə cavab verdilər).

loading...

Yeni jurnallarda insan həyatının limitsiz olması ilə bağlı fikirlər yoxdur. Lakin onlar qeyd edirlər ki, vaxtında qəbul etmək lazımdır ki, insanlar üçün maksimal həyat müddəti mövcuddur. Onlar deyir ki, insanlar daha uzun müddət yaşaya bilər və bu 115 ildən çox bir müddəti əhatə edə bilər. Kanadada McGill Universitetinin genetika professoru bildirir ki, “50 il yaşayan bir insanın genetika əsasən 80 il yaşaması da məntiqəuyğundur”. “Hal-hazırda ortalama 80-90 il yaşayan insan çox vaxt 110-120 yaşa qədər də yaşaya bilər. Bu o deməkdir ki, əgər ortalama yaş dövrü bir qədər də artarsa, uzunömürlülük biraz da arta bilər”.

Ümumilikdə, uzunömürlülük tendensiyası get-gedə artır və 1990-cı illərdən bəri ortalama yaş dövrü də artıb. Həmin vaxtdan etibarən, ABŞda ortalama yaş dövrü 50 il gözlənilirdi, lakin hal-hazırda doğulan uşaqlar təxminən 79 il yaşayır. Ancaq bəzi illərdə, maksimum insan ömrünün artdığı, bəzilərində isə azaldığının şahidi oluruq.

Həkimlər və digər müəlliflər iddia edir ki, insanların ömrünün 115 yaşda bitməsi səhv məlumata əsaslanır və uzunömürlülük ilə bağlı konkret məhdudiyyət yoxdur.

loading...

Bunuda oxu...