UZUN ÖMÜR ÜÇÜN QİDALANMA ÜSULU

Uzun ömürQidanızın  95% -nı bitkilər təşkil etsin

Uzunömürlülük üçün ən yaxşı qidalar yaşıl göyərtilərdir. Araşdırmalar göstərir ki, bişmiş göyərti yeyən hər orta yaşlı insan tərəvəz yeməyən insandan 4 il çox yaşayır.

Həftədə iki dəfədən artıq ət yeməyin

loading...

Ət hər hansı yeməyin yanında ona dad verən bir yemək  istifadə edilməlidir. Belə o daha faydalı olur. Həmçinin ət təmiz ot və yemlə qidalanan heyvanların əti olmalıdır,  bu omega 3 yağ turşusunun yüksək səviyyəyə çıxmasına səbəb olur.

Gündəlik 3 porsiya balıq yeyin

2000-ci ildən bəri 96.000`dən çox amerikalının həyat fəaliyyətini izləyən Adventist Səhiyyə Araşdırmaları müəyyən edib ki, gün ərzində kiçik balıq porsiyası da daxil olmaqla tərəvəzlərə əsaslanan dietlə qidalanan insanlar daha uzun ömür sürür.

Süd məhsullarından az istifadə edin

İnsanın həzm sistemi çox yağlı və şəkərli inək südünü həzm edə bilmir. Yogurt və pendir kimi keçi və qoyunların süd məhsularına daha üstünlük verilməlidir.

Həftədə 3 yumurta

Çalışın səhər yeməyində yumurtanı çörək və ya yulaf yarması kimi bitki tərkibli qidalarla əvəz edin. Şirniyyat bişirən zaman bir yumurtanı yarım fincan alma şirəsi, yarım fincan kartof püresi və ya bir bananla əvəz edin.

Hər gün yarım fincan lobyanı qidanıza əlavə edin

Lobya həmçinin çox yaxşı lif mənbəyidir və planetdəki digər ərzaqlarla müqayisədə hər qramında daha çox qida var.

Şəkərdən istifadəni azaldın

Uzunömürlülər yalnız bayramlarda çaylarına bal qatıb desert kimi içməkdən zövq alırlar. Çalışın gün ərzində içkinizə və yeməyinizə 4 yemək qaşığından artıq şəkər əlavə etməyin.

Hər gün 2 ovuc qoz yeyin

Son 30 ildə Harvard Universitetinin araşdırmaları müəyyən etmişdir ki, qoz yeyənlərin ölüm səviyyəsi yeməyənlərlə müqayisədə 20% aşağıdır. Digər araşdırmalar göstərir ki, qozla olan dietlər LDL və xolesterolun səviyyəsini 20%-dək azaldır.

Daha çox su için

Adventist məsləhət görür ki, gün ərzində 7 stəkan su içmək qan laxtalanmasına müsbət təsir göstərir. Bundan əlavə əgər siz su içirsinizsə, şəkər və tərkibində  süni şirinləşdirici maddələr olan içkilər içməyəcəksiniz.

Spirtli içki istəyirsinizsə, qırmızı şərab için

Uzunömürlülülər gün ərzində 1/3 stəkan şərab içir. Ancaq günün sonunda stresi azaltmaq üçün ümümilikdə insan sağlamlığına faydası olan az miqdarda spirtli içkilər içmək olar.

Yaşıl çay için

Okinavalılar bütün günü özlərinə yaşıl çayla qulluq edirlər. Yaşıl çay ürək xəstəlikləri və müxtəlif növ xərçəng xəstəlikləri riskini azaldır. İkarialılar dəmlənmiş rozmarin, yabanı adaçayı və zəncirotu içirlər.

Kofein enerjisini kofedən alın

Nikoya yarımadası, Sardiniya adası və İkariada yaşayan insanlar çox miqdarda kofe içirlər. Araşdırmalar bəzi kofe növlərinin Demensiya və Parkinson xəstəliklərinin səviyyəsinin  azaldılmasına kömək etdiyini göstərir.

Mükəmməl protein qaynaqları

Bitki tərkibli dietlərdən kifayət qədər protein əldə edə bilməməkdən narahatsınız? Paxlalılar, tərəvəzlər, qoz, və taxıl məhsullarından bir yerdə istifadə etmək vacibdir, çünki onlar bədənin özünün təmin edə bilmədiyi əsas 9 amin turşunu təchiz edir.

loading...

Bunuda oxu...