ÜZDƏ SİNİR TİKİ

Sinir tiklәri bәzi insanlarda qeyri-ixtiyari әzәlә dartmaları vә ya qırpmaları kimi müşahidә olunur. Tiklәr müxtәlif әzәlә qruplarında özlәrini büruzә verir – üz, boyun, bәdәn vә әtraflarda.

Sinir tiklәri әmәlә gәlmә sәbәbindәn asılı olaraq:

  • ilkin sinir tiklәri olur, mәrkәzi sinir sisteminin qorxu, güclü stress vә s. kimi hallara reaksiyasıdır.

  • ikincili sinir tiklәri, beyin xәstәliklәrinin fәsadı kimi әmәlә gәlәn tiklәrdir.

  • genetik tiklәr, Turettasindromu adlanır.

3 qrup sinir tiklәri mövcuddur:

loading...

mimik tiklәri

sәs bağlarının tiklәri

әtraf әzәlәrinin tiklәri.

Göz tiklәri әn çox rast gәlinәn haldır, әsasәn stress vә emosional gәrginlik zamanı büruzә verirlәr.

Gözün aşağı vә ya yuxarı qapaqlarının tiklәri isә sadәcә gәrginlik zamanı deyil, hәmçinin oftalmoloji xәstәliklәrdәn (konyuktivit) sonra vә kompyuter arxasında çox vaxt keçirәn insanlarda әmәlә gәlә bilәr.

Üzün sinir tiklәri müxtәlif әzәlә qruplarının dartmaları ilә özünü büruzә verir: әsasәn ağız güşәsinin, qulaq ucunun dartmaları vә qaşların nizamsız hәrәkәtlәri kimi olur.

Dr. Elşən Ağabalayev

loading...

Bunlarıda bəyənə bilərsiniz ...