ÜZ SİNİRİNİN İFLİCİ

Üz sinirinin iflici fәrqli sәbәblәrә görә üz sinirinin periferik zәdәlәnmәsinә deyilir vә özünü mimik әzәlәlәrin funksiyalarının pozulması ilә göstәrir. Üz siniri – göz yaşı, tüpürcәk vәzlәrinin fәaliyyәtlәrinә, dilin dad hissiyyatına, üzün üst tәbәqәsinin hissiyyat liflәrinә görә cavabdehdir. Üz siniri zədələndiyində, insanın üzündә assimetriya әmәlә gәlir vә zahiri görünüşünü dәyişir.

Parezin әsas sәbәblәri kimi: başın hәddindәn çox soyuqlaması, infeksiyalar, hipertonik krizlәr, şәkәrli diabet, iltihablı otit, işemik insultu göstərmək olar. Üz iflicinin nadir sәbәblәrindәn herpes virusu vә başqa ciddi xәstәliklәr ola bilәr. Üz sinirinin neyropatiyası iki tipdə olur: idiopatik (heç bir sәbәbdәn asılı olmayan) vә simptomatik (hansısa bir xәstәliyin simptomu kimi).

Xәstәliyin әlamәtlәri orta qulaqda vә ya çәnәdә keçirilmiş әmәliyyatdan sonra da bilinә bilәr.

loading...

Üzün zәdәlәnmiş hissәsindә aşağıdaki әlamәtlәr ola bilәr:

bütün simptomların әmәlә gәlmәsindәn öncә qulağın arxasında ağrı hissi.

xәstәliyin ilk günlәrindә eşıtmә qabiliyyәtin kәskinlәşmәsi vә bәrk sәslәrdәn ağrı hissi.

burun-dodaq qırışın hamarlanması vә ağız kənarının aşağı düşmәsi.

göz qapaqlarının geniş açılmış vәziyyәtdә olması vә onları bağlayanda laqoftalm müşahidә olunur (gözün ağ sklerasının görunmәsi).

dilin qabaq hissәsindә dad hissiyyatının azalması vә ya tәmamilә itirilmәsi.

göz funksiyası pozulur (quruluq vә ya әksinә gözlәrin sulanması).

xәstәnin dodaqlarını darta bilməməsi

xәstәnin alnını qırışdıra bilməməsi

Dr. Nərgiz Ağayeva

loading...

Bunuda oxu...