ÜZ İFLİCİNİN MÜALİCƏSİ

Üz sinirinin iflicinin kliniki әlamәtlәri Diaqnozu müәyyәn etmәkdә mütәxәssis üçün çәtinlik yaratmır. Qulaq patologiyasını istisna etmək üçün, əlavә olaraq qulaq-burun-boğaz üzrə mütəxəssisin dә müayinә olunmaq məsləhətdir.

Xәstәliyin sәbәbini müәyyәn etmәk üçün tәhlillәr vә müayinәlәr tәyin olunur. Parezin üz nayihәsinin şişi vә abses prosesinin nәticәsi olmadığından әmin olmaq lazımdır.

Zәdәlәnmәnin lokallaşdırmasını, dәrәcәsini vә kәskinliyini müәyyәn etmәk üçün bәzәn elektro neyrografiya tәdbiq olunur.

loading...

Üz sinirinin iflici elә bir xәstәlikdir ki, tәmamilә sağalma ehtimalı xәstәnin mütәxәssisә nә vaxt müraciәt etmәsindәn asılıdır. Әgәr xәstәliyin kәskin әlamәtlәri aşkar olunandan sonra bir ay әrzindә xәstә müalicә olunmasa, xәstәlik artıq xroniki stadiyaya keçir.

Xroniki stadiyada sinirin innervasiyasını tam bәrpa etmәk mümkün olmur vә xәstәnin üzündә assimetriya qalır. Pasient 6 ay әrzindә medikamentoz müalicә, fizioterapiya seansları, massaj olunub, gimnastika etmәlidir ki, sinir liflәrinin strukturu tam normallaşsın.

Üz sinirinin iflicini müalicә üsulu, yalnız mütəxəssis həkim tərəfindən müәyyәnlәşdirir.

Dr. Nərgiz Ağayeva

loading...

Bunuda oxu...