UŞAQLIQDAN KƏNAR HAMİLƏLİK

Bəzi hallarda mayalanmış döl yumurtasının hərəkət etdiyi yolda müxtəlif maneələr meydana çıxır və döl yumurtası uşaqlıq divarına deyil, başqa yerə bərkiyir. Buna uşaqlıqdan kənar hamiləlik deyilir.

Statistik məlumatlara əsasən uşaqlıqdan kənar hamiləlik 95% hallarda uşaqlıq borusunda, nadir hallarda uşaqlıq boynu, qarın boşluğu və ya yumurtalıqda inkişaf edə bilər. Uşaqlıqdan kənar hamiləliyin saxlanılmasına heç bir ümid yoxdur. Qadın çox təcili olaraq cərrahi əməliyyata götürülməli və embrion çıxarılmalıdır.

Çox nadir hallarda eyni zamanda iki yumurta hüceyrəsi mayalanaraq biri uşaqlıq daxilində, digəri isə başqa yerdə inkisaf etməyə başlayır. Uşaqlıq borusu divarına daxil olan döl yumurtası onu tədricən parçalayır.

loading...

Bundan əlavə, böyüməkdə olan döl yumurtası borunun dartılmasına səbəb olur. Bu da son nəticədə borunun partlamasına və güclü qanaxmaya gətirib çıxarır. Belə boru mütləq cərrahi yolla xaric edilməlidir. Uşaqlıq boynu hamiləliyi zamanı baş verən qanaxma isə daha təhlükəli hesab edilir. Bu zaman qanaxmanı yalnız bir yolla – uşaqlığın xaric edilməsi yolu ilə dayandırmaq olar.

Beləliklə, hamilə qadın ən erkən dövrdə USM müayinəsi keçməlidirki, uşaqlıqdan kənar hamiləlik istisna olunsun. Əgər uşaqlıqdan kənar hamiləlik diaqnozu qoyularsa, qanaxma başlamamış cərrahi əməliyyat aparılmalıdır. Vaxtında aparılan cərrahi əməliyyat qadına uşaqlıq borusunu və uşaqlığı qoruyub saxlamağa imkan yaradır.

Uşaqlıqdan kənar hamiləlik niyə baş verir? Uşaqlığın inkisaf qüsurları, uşaqlıq boruları və qarın boşluğunun iltihabi xəstəlikləri, öncədən edilmiş abortlar, uşaqlıq borularında aparılan cərrahi əməliyyatlar, usaqlıq daxili spirallardan istifadə edilməsi, süni mayalanma, mayalanmanın medikamentoz yolla stimullaşdırılması və s. kimi faktorlar uşaqlıqdan kənar hamiləliyə zəmin yarada bilər.

Uşaqlıqdan kənar hamiləliyin simptom və əlamətləri. Normal hamiləlik zamanı, mayalanmış yumurtahüceyrə uşaqlıqda məskən salır, yaxud tibbi dildə desək implantasiya olunur. Yumurtahüceyrə və spermatozoidin mayalanması uşaqlıq borusunda başverir, bundan sonra isə, bölünməyə başlayan ziqot, dölün inkişafı üçün hər cür şəraiti olan uşaqlığa doğru irəliləyir.

Lakin mayalanmış yumurta hüceyrə uşaqlıq borularının birində ləngiyərək uşaqlığa düşməyə bilər (uşaqlıqdan kənar hamiləliklərdə 95% hallarda belə olur), bəzən isə, çox nadir hallarda hamiləlik qarın boşluğunda və yumurtalıqda inkişaf edə bilər.

Uşaqlıqdan kənar hamiləliyin əlamətləri. İlk vaxtlar-adi hamiləlik kimi: menstruasiyanın gecikməsi, iştahanın dəyişməsi, ürəkbulanma, qusma, süd vəzlərinin bərkiməsi kimi müşahidə olunur. Bəzən isə qarnın aşağı hissəsində zəif ağrılar olur, buna isə az əhəmiyyət verildiyindən, ağırlaşmamış uşaqlıqdan kənar hamiləliyi həkimlər nadir hallarda erkən diaqnostika edirlər.

Adətən bu proses 4-6-cı həftədə sonlanır və bu da müxtəlif şəkildə baş verə bilər. Bəzən boru abortu baş verir, bu zaman embrion toxuması uşaqlıq borusu divarına birləşdiyi yerdən qopur, belə olan vəziyyətdə embrion uşaqlıq borusunda da qala bilər, qarın boşluğuna da düşə bilər, hər bir halda hamiləlik inkişafı sonlanmış olur.

Bir çox hallarda isə uşaqlıq borusu, böyüyən emrionun təzyiqinə davam gətirməyərək partlayır. Bu zaman simptomlar daha aşkar olur, onlara əhəmiyyət verməmək mümkün deyil.

Digər simptomlar qarının aşağısında güclü ağrı, ümumi zəiflik, avazıma, tərləmə, bəzən isə bayılmadır. Borunun partlaması ilə həyati təhlükə törədən massiv qanaxma yaranır.

Şəbnəm Bağırlı

loading...

Bunlarıda bəyənə bilərsiniz ...