UŞAQLIQ YOLUNUN İNFEKSİYALARI

QADIN CİNSİYYƏT SİSTEMİUşaqlıq yolunun infeksiyaları müxtəlif yaş dövründə olan qadınların arasında geniş yayılmışdır.

Onların arasında uşaqlıq yolunun mikroflora balansının pozulması nəticəsində əsasən bakterial vaginoz və vaginal kandidoz kimi xəstəliklərə daha çox təsadüf edilir.

Digər infeksiyalardan olan trixomoniaz  isə adətən cinsi yol ilə yoluxur. Nadir hallarda rast gələn infeksiyalarda mövcuddur ki, onlarda uşaqlıq yolunun iltihabına səbəb olur.

loading...

Uşaqlıq yolu infeksiyalarının yaranma səbəbləri

Normada uşaqlıq yolu müxtəlif mikroorqanizmlərin inkişafı üçün turş və zəngin oksigenli mühitə malikdir. Uşaqlıq yolunun təbii mikroflorasının 95 %  süd turşusunu əmələ gətirən laktobakteriyalardan ibarətdir. Həmən turş mühit bir sıra zərərverici mikroblara qarşı təbii qoruyucu mexanizmdir.

Təbii mikroflora balansı pozulduqda laktobakteriyaların sayı azalır zərərverici mikroorqanizmlərin sayı isə əksinə artır. Buna gətirən səbəblər müxtəlifdir. Məsələn müxtəlif dərman preparatları, uşaqlıqdaxili spiral ,bəzi xəstəliklər və infeksiyalar, hormonal dəyişiklik, artıq çəki və s. kimi səbələri qeyd etmək olar.

Bakterial vaginoz  gardanella vagiginalis bakteriyasının uşaqlıq yolunda kəskin çoxalması nəticəsində inkişaf edir.

Vaginal kandidoz uşaqlıq yolunda, dəridə, ağız boşluğunda, bağırsaqda normada rast gələn maya göbələyinin kəskin çoxalması nəticəsində inkişaf edir.

Trixomoniaz cinsi yol ilə keçir.

Uşaqlıq yolu infeksiyalarının əlamətləri

Ən çox rast gəlinən əlamətləri: sidiyə getdikdə, cinsi əlaqə zamanı göynəmə, qaşınma, uşaqlıq yolu boyunca qıcıqlanma və qızartı, uşaqlıq yolundan xoşagəlməz qoxunun olması. Bu əlamətlər menstruasiya zamanı və ondan sonra kəskinləşə bilər. Xlamidioz və qonoreya kimi təhlükəli infeksiyalar da uşaqlıq yolu iltihabına xas olan əlamətlərlə özünü göstərir. Bəzi hallarda əlamətlər olmaya bilər.

Uşaqlıq yolu infeksiyaları nə ilə təhlükəlidir?

Vaxtında müalicə olunmayan uşaqlıq yolu infeksiyaları sonradan sonsuzluq, endometrioz, servisit kimi xəstəliklərə səbəb ola bilər.

Uşaqlıq yolu infeksiyaların profilaktikası

Cinsi əlaqə zamanı qoruyuculardan istifadə edin.

Şəkərli diabetdən əziyyət çəkirsizsə qanda şəkərin miqdarına nəzarət edin

Həkim məsləhəti olmadan antibiotiklərdən istifadə etməyin

Gündəlik şəxsi gigiyena qaydalarına riayət edin.

Profilaktika məqsədi ilə ən azı ildə 2 dəfə ginekoloji müayinələrdən keçin.

Həkimin qəbuluna hazırlıq necə aparılmalıdır?

Gəbula gəlməzdən bir neçə gün əvvəl uşaqlıq yoluna yerli təsit edən dərmanlardan istifadə etməyin.

Gəbula menstruasiya günlərində gəlmək məsləhət deyil

Menstruasiya günlərindən başqa digər günlərdə qanlı ifrazat gəldikdə dərhal həkimə müraciət edin.

Uşaqlıq yolu infenksiyalarının müalicəsi

İnfeksiyaların müalicəsində bir çox effektiv dərmanlardan istifadə edilir. Onlar tablet, kapsul, şam, kremlər və məhlul formasında buraxıılır. Əgər siz hamiləsinizsə, və yaxud hamiləlik planlaşdırırsızsa, bu haqda həkiminizə ilkin gəbulda məlumat verin. Xəstəliyin ağırlıq dərəcəsini və laborator müayinələrinin nəticəsini nəzərə alaraq müalicə qısa müddətli (3 gün) və ya uzunmüddətli (20 gün və daha çox) təyin edilə bilər.

Xəstəliyin əlamətlərinin müalicənin ilk günlərində keçməsinə baxmayaraq müalicə kursunu tam keçmək məsləhətdir, əks halda xəstəlik təkrarlana bilər. Əgər müalicənin ilk günlərində əlamətlər keçməsə və yaxud şiddətlənsə dərhal həkimə müraciət edin.

Dr. Gülnarə İsmayılova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...