UŞAQLIQ YOLUNUN ANOMALİYALARI

Hamiləlik və gigyenaUşaqlıq yolu bətndaxili  dövrün  səkkizinci həftəsində formalaşmağa başlayır. Yenidoğulmuş qızlarda uşaqlıq yolunun uzunluğu 3-5 sm,  8-9 yaşlı qızlarda 5-6 sm, qadınlarda isə 7,5-10  sm. bərabərdir.

Erkən uşaqlıq yaşlarında uşaqlıq yolunun topoqrafo-anatomik səciyyəvi xüsusiyyətləri ilə əlaqədar olaraq sidik kisəsi və uşaqlıq cismi artımları ilə birlikdə kiçik çanağın hüdudlarından kənarda yerləşmişdir. Kiçik qızlarda uşaqlığın yüksəkdə yerləşməsinə müvafiq olaraq uşaqlıq yolu, demək olar ki, şaquli istiqamətə malik olur və yalnız 3-5 yaşlarında uşaqlıq kiçik çanağa enən zaman o üfüqi xətlə (yaşlı qadınlarda olduğu kimi) iti bucaq altında yerləşməyə başlayır.

Uşaqlıq yolunun aqeneziyası uşaqlıq yolunun tamamilə olmamasını göstərir. Belə xəstələrdə böyük cinsiyyət dodaqları arasında 2-3 sm-dən artıq olmayan kiçik çuxur qeyd olunur.

loading...

Uşaqlığın inkişaf anomaliyaları

Uterus didelfus – uşaqlığın və uşaqlıq yolunun ikiləşməsidir. Bu zaman hər iki cinsiyyət aparatı peritonun köndələn büküşləri ilə ayrılır. Bu patologiya düzgün inkişaf etmiş paramezonefral kanalların birləşməsinin baş verməməsi zamanı yaranır, hər tərəfdə yalnız bir yumurtalıq olur. Hər iki uşaqlıq yaxşı fəaliyyət göstərir və cinsi yetkinliyin başlaması ilə əlaqədar olaraq hamiləlik növbə ilə gah bir uşaqlıqda, gah da digərində baş verə bilər.

Uterus duplex et vagina duplex  – yuxarıda adı çəkilən inkişaf anomaliyası ilə oxşardır, lakin müəyyən nahiyədə cinsiyyət sisteminin hər iki hissəsi fibroz əzələ arakəsməsinin köməyi ilə bir-biri ilə daha sıx birləşir. Uşaqlığın biri həcminə və funksional cəhətinə görə digərindən geri qalır, inkişaf etməmiş tərəfdə himenin və ya uşaqlığın daxili dəliyinin atreziyası müşahidə edilə bilər.

Uterus bicornis bicollis – paramezonefral axacaqlaın birləşməməsi səbəbindən daha az nəzərə çarpır. Ümumi uşaqlıq yolu, ümumi uşaqlıq boynu və uşaqlıq cisminin ikiləşməsi baş verir.

Uterus bicornis unicollis  – bu inkişaf anomaliyası paramezonefral kanalların orta şöbələrinin proksimal hissələrinin birləşməsidir.

Uterus bicomis rudimentar buynuzla paramezonefral axacaqlardan birinin xeyli inkişafdan qalması ilə şərtlənir. Əgər rudimentär buynuzda boşluq vardırsa, o zaman onun uşaqlıq boşluğu ilə əlaqəsinin olub-olmaması praktik əhəmiyyət kəsb edir. Fəaliyyətdə olan rudimentar buynuzun mövcudluğu polimenoreya, alqodismenoreya, infeksiyalaşma kimi ağırlaşmalarla müşayiət edilir. Rudimentär buynuzda ektopik hamiləlik baş verə bilər. Çıxarılmış rudimentär buynuzun histoloji müayinəsi zamanı çox vaxt anadangəlmə endometrioz ocağına rast gəlinir.

Uterus unicornis  – paramezonefral axacaqlardan birinin dərin zədələnməsi zamanı əmələ gələn nadir patologiyadır. Bu anomaliya  zamanı, bir qayda olaraq, bir böyrək və bir yumurtalıq olmur.

Uterus bicornis rudimentarius solidus  – “Mayer-Rokitanski-Küster-Müller-Xauser sindromu” adlı inkişaf anomaliyasıdır. Bu patologiya zamanı uşaqlıq yolu və uşaqlıq nazik birləşdirici toxuma rüşeymi şəklində qeyd edilir.

loading...

Bunuda oxu...