UŞAQLARIN TELEVİZOR VƏ KOMPÜTER İSTİFADƏSİ

telefonUşaqların televizora baxması və kompüterlə işləməsi haqqında xüsusi ilə valideynler diqqətli olmalıdır. Uzun müddət ərzində televizor verilişlərinə baxmaq, kompüter arxasında işləmək uşağın gözlərinə, inkişafda olan orqanizminə mənfi təsir edir!

İki yaşına qədər olan uşaqlara televizora, planşet, tablet, telefona baxmaq, ümumiyyətlə, məsləhət görülmür. Bu, televizorun yalnız uşağın gözlərinə deyil, mərkəzi sinir sisteminə də mənfi təsir etməsi ilə (bu sistemin həddindən artıq qıcıqlandırılmasına səbəb ola bilər) əlaqədardır.

7 yaşınadək uşaqların televizor verilişlərini müşahidə etmələri gün ərzində 30-40 dəqiqədən artıq olmamalıdır, bu da böyüklərin nəzarəti ilə icazə verilməlidir. Daha böyük yaşlı uşaqlara gün ərzində 1,5-3 saat müddətinə televizora baxmağa icazə verilə bilər.

loading...

Lakin bu zaman onların televizora birdəfəlik baxma müddəti 1,5 saatdan artıq (bir film) olmamalıdır. Bu zaman televizorun tipinin (adi, “yastı” ekranlı, mayekristallik və ya plazmalı televizor) elə də böyük əhəmiyyəti yoxdur. Televizora baxış zamanı əsas zərərli faktor – görmə orqanlarına düşən uzunmüddətli gərginlikdən ibarətdir.

Kompüter isə uşağın gözlərinə daha çox mənfi təsir edir. 7 yaşınadək olan uşaqlara kompüter arxasında əyləşməyə ümumiyyətlə icazə verilməməlidir!

7 yaşından artıq olan uşaqlara isə gün əzində 40 dəqiqədən artıq (fasilələrlə) olmamaqla kompyuter arxasında əyləşməyə icazə verilə bilər. Uzun müddət ərzində kompüterdən istifadə etdikdə uşağın yalnız gözləri zərər çəkmir, bu zaman onlarda baş ağrıları, yorğunluq və s. patoloji hallar da qeyd edilə bilər.

Dr. Aytən Ziyadova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...