UŞAQLARIN QİDALANMASINA TÖVSİYYƏLƏR

Uşaqların qidalanmasına tövsiyyələr.

1 yaşdan sonra uşaqlar 3 əsas öyün , 2 ara öyün yemək yeməlidirlər.

Əsas öyünlər hər yaşa minimum bir yemək qaşığı nəzərdə tutulur. Daha çoxu əgər uşaq istəyirsə verilə bilər.

loading...

Əsas öyünün miqdarı yetkin insanın ovuc içindən daha çox olmamalıdır.

1 yaşdan etibarən uşaq ailə ilə birlikdə süfrəyə oturmalı, müəyyən yemək saatları olmalı, rejimlə qidalanmalıdır. Barmaq qidalarla (iri hazırlanmış, uşagın əlində tutub yeyə biləcəyi) özünün yeməsinə izin verilməlidir.

Uşağın boşqabındakı yeməklər 5 sektora bölünür. Meyvələr, taxıllar, tərəvəzlər, zülal və süd və süd məhsulları. “Boşqab”ın yarısını meyvə və tərəvəzlər, digər yarısını zülal və protein təşkil etməlidir. “Boşqab”ın yanında isə süd və ya süd məhsulları olmalıdır.

2 yaşacan uşağın menyusunda şəkər olmamalıdır. 2 yaşdan böyüklər üçün sutkalıq en çoxu 25 gr şəkər istifadəsinə izin verilir. 25 gr 6 qaşıga uyğundur.

1 yaşdan yuxarı uşaqlara istifadə olunan duz miqdari, sutkada 1.900-2.300 mg dan çox olmamalıdır.

Valideyn uşağın nə yeyəcəyinə, uşaq isə nə qədər yeyəcəyinə qərar verməlidir.

Dr. Ellada Nağıyeva

loading...

Bunuda oxu...