UŞAQLARDA YÜKSƏK HƏRARƏT

QrippUşaqlarda qızdırmanın olması ana-atanı ən çox narahat edən hallardan biridir. Uşağınıza toxunarkən sizə hər zamankından isti gəlirsə temperaturunu ölçməyiniz lazımdır. Uşaqlı evdə olması vacib olan əşyalardan biri də termometrdir.

Termometri uşağın sağlam olduğu vaxtda bir neçə dəfə istifadə edib özünüzdə vərdiş yaradın. Bu həm də uşaqda vərdiş yaradır və artıq termometrdən qorxmur.

Yenidoğulmuşlardan başlayaraq 18 yaşlı uşaqlaradək qoltuqaltında ölçülmüş hərarətin 37 0C dən yüksək olması qızdırma sayılır.

loading...

Uşaqlarda temperaturun bağirsaqdan ölçülməsi travmalara və eyni termometri bir neçə uşaqda istifadə etdikdə yoluxucu xəstəliklərə səbəb olma ehtimalı olduğu üçün məsləhət görülmür. 4 yaşından böyük uşaqlarda ağızdan ölçülə bilər. Yenidoğulmuşlarda qulaqdan olçmə aparıla bilər. Qulaq keçəcəyində ölçülmüş temperatur daha dəqiq olur və qoltuqaltında ölçülmüş temperatura nisbətən 0.5-10C yüksək olur. Biz bu mətndə qoltuqaltı temperaturu əsas götürəcəyik.

Qızdırma zamanı nə etməli:

Əgər qızdirma 37-38 0 arasındadır və uşağınız 3 aydan böyükdürsə evdə qabaqlayıcı tədbirlər görə bilərsiniz.

Uşağı soyundurun, temperatur yüksək olanda titrətmə, üşütmənin olması normaldır. Uşudu, temperaturu qalxdı və ya geyindirim tərləsin deyə qalın geyindirməyin. Qalın paltarlar bədən istiliyinin xaricə verilməsinin qarşısını alır və temperaturun daha da qalxmasına səbəb olur. Tərləmə isə bədəni soyutmaq üçün mexanizm olduğundan orqanizma yüksək temperatura zamani tərləmə mexanizmini ləngidir.

Yəni qalın geyinmək tərləməyə səbəb olmayacaq, əksinə temperatur daha da qalxacaq. Əgər uşaq çox titrəyərsə onu nazik adyala bükmək olar.

Temperatur 380 dən yuxarı olarsa uşağa ilıq duş eletdirin. Vannanı ilıq su ilə doldurun uşağı vannaya oturdun. Başını islatmaq, vannada uzatmaq lazim deyil. Ve yaxud desmalı ilıq su ilə isladıb uşağı dəsmala bükün.

Təkcə oynaqlara nəm dəsmal qoymaq bəzən kömək etmir. Uşaq çox titrəyərsə vannadan çıxarıb desmala bükün. Bütün bu tədbirlərə baxmayaraq temperatur düşməzsə və ya qalxmağa davam edərsə hekimə müraciət edin.

Uşaq 3 aydan balacadırsa vaxt itirmədən həkiminizlə əlaqə saxlayın. Çünki bu yaşda körpələrdə immun sistem tam formalaşmayıb və ciddi infeksion xəstəliklər yaranmış ola bilər. Həkimlə məsləhətləşmədən hər hansi dərman verməyin.

Qızdırma salıcı dərmanları həkiminizlə məsləhətləşdikdən, düzgün doza seçildikdən sonra istifadə edə bilərsiniz. Uşaqlarda qızdırma salıcı kimi aspirindən istifadə olunması yolverilməzdir!

Dr. Ellada Nağıyeva

loading...

Bunlarıda bəyənə bilərsiniz ...