UŞAQLARDA RAXİTLİK

D vitamini hormon olaraq günəş şüasının dəriyə təsiri nəticəsində alınır. D vitamini bədəndə kalsium istifadəsinə nəzarət edir və sümüyün formalaşmasında böyük rol oynayır. D vitamininin çatışmazlığı uşaqlıq dövrünün ciddi sümük problemini yaradır və raxitlə nəticələnir.

Raxit azyaşlı uşaqların xəstəliyidir. Raxit mütləq olaraq müalicə tələb edən xəstəliklərdəndir! Bir çox valideynlərin “uşaq böyudükcə keçib gedər” kimi fikirləri yanlış hesab olunur.

Raxit vaxtında və düzgün müalicə olunmadığı halda uşaq orqanizmi üçün ağır fəsadlar verə bilər. Raxit xəstəliyi vaxtında müalicə olunmazsa, uşaqlarda onurğa sütununun, döş qəfəsinin, ayaqların deformasiyası, yastıpəncəlik, əzələ və oynaq zəifliyi və digər patoloji hallar qeyd oluna bilər.

loading...

Raxitin qarşısını almaq üçün günəşli vaxtlarda gəzintiyə çıxmaq, qəlyanaltıda tərkibində süd ilə soya və ya düyü kimi gücləndirici qidanın qəbulu gərəkdir. Hər gün təxminən 15 dəqiqə günəş şüaları altında olduqda D vitamininin normal istehsalı uşağın ehtiyacını ödəyir.

Dr. Sənan Cəfərov

loading...

Bunuda oxu...