UŞAQLARDA QUSMA

Qusma müdafiə mexanizmi olub, mədə daxilindəki maddələrin ağızdan (və ya burundan) reflektor olaraq qayıtmasıdır. Tutma zamanı qarın əzələsi sıxılır, qida borusu genişlənir və mədə daxilindəki hər şeyi qida borusu boyunca yuxarı itələyir. Bu, kifayət qədər mürəkkəb bir proses olub, uzunsov beyində yerləşən qusma mərkəzi tərəfindən tənzimlənir.

Uşaqlarda qusmanı yaradan səbəblər

Əksər hallarda qusma kütləsi həzmə getməmiş qida və mədə şirəsindən ibarət olur. Bəzən burada irin, qan və ya öd qarışığı müşahidə edilə bilər.

loading...

Uşaq qusmasının ən geniş yayılmış səbəbi – qida zəhərlənməsidir. Qusma, həmçinin müxtəlif infeksion xəstəliklərdə, məsələn, rotavirus infeksiyası, skarlatina, tif zamanı da yarana bilər.

Bəzən belə problem ciddi böyrək xəstəlikləri zamanı orqanizmə yığılmış toksinlər səbəbindən də ortaya çıxa bilər.

Qusma tutmalarının digər səbəblərindən mədə-bağırsaq xəstəliklərini, nevroloji diaqnozları, baş-beyin travmalarını göstərmək olar.

Uşaqlarda qusmaya emosional sarsıntı hallarında da rast gəlinir.

Dr. Fərid Məmmədov

loading...

Bunuda oxu...