UŞAQLARDA QASTRİT

Uşaqlarda qastrit görmə orqanları xəstəliklərindən sonra ikinci yeri tutur.

Çox hallarda qastritin törədicisi “helikobakter pilori” bakteriyası olur. Bakteriyaya yoluxduqdan sonra bir neçə il belə xəstəlik heç bir əlamət vermir,  bu zaman ərzində mədənin selikli qişasında iltihab prosesi inkişaf edir. Sonra isə kəskinləşən ağrılar şəklində meydana çıxır.

Qastritin inkişafına təsir göstərən amillər:

loading...

Qeyri-düzgün və vaxtsız qidalanma

Uzun müddət ac qalmaq

Yeməkarası fasilənin çox olması

Kəskin-acı, qızardılmış, hisə verilmiş, konservləşdirilmiş və s. bu kimi məhsullarla qidalanma

Stress

Qastrit əlamətləri:

sızıltılı ağrı

gəyirmə

ağızdan qıcqırmış xoşagəlməz qoxu gəlməsi

iştahsızlıq

Xəstəliyin ilkin əlamətlərini hiss edən kimi həkimə müraciət etmək lazımdır.

Əgər uşaqda helikobakter pilori mikrobu varsa, bütün ailə üzvləri müvafiq müayinələrdən keçməlidir. Əks halda, sağalmış uşaq ailə üzvləri vasitəsilə təkrar şəkildə xəstəliyə yoluxa bilər. Qastritin əmələ gəlməsində bəzən irsiyyət də müəyyən rol oynayır.

Qastritin növündən asılı olmayaraq müalicəsi həkim tərəfindən təyin edilən pəhrizlə eyni bir vaxtda aparılmalıdır. Zamanında müalicə olunmamış qastrit xroniki hala keçə bilər. Ağırlaşma zamanı müalicə daha çətin olur.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...