UŞAQLARDA QƏBİZLİK NECƏ YARANIR

Qəbizlik uşağın yaş həddi ilə bağlı olur. Daha körpə dövrlərdə hələ tam ferment formalaşmaması ilə bağlı olub, uşağın düzgün qidalanmaması nəticəsində üzə çıxa bilər.

Əgər uşaqda daimi qəbizlik müşahidə olunursa, onda bu zaman daha çox həzm sisteminin, bağırsaqların funksional pozğunluğu, hər hansısa xəstəliyin fəsadı kimi, ya da anadangəlmə patalogiya kimi qiymətləndirilə bilər.

Qastroentroloqlar deyir ki, yeni doğulmuş normal qidalanan sağlam uşaq yemək vaxtı və yeməkdən sonra sakit və gümrah olur, tez-tez altını isladır (gündə 15-16 dəfə) və gün ərzində 2-3 hətta 6 dəfə qarnı işləyir. Süni qidalanmada olan uşaqlarda isə 1-2 dəfəyə qədər olur. 3 yaşa qədər uşaqlarda həftəlik norma 5-6 dəfə götürülür, 3 yaşdan yuxarı uşaqlarda isə 3 dəfədən çox olmur.

loading...

Yuxarıda qeyd etdiyim kimi qəbizlik alimentar (qidalanma ilə) səbəblə: döşlə qidalanma zamanı südün az olması, qidalanmanın düzgün, yəni yaşa uyğun olmayan terzde, aparılmaması, gün ərzində az maye qəbulu, eləcə də hipodinamiya, yəni az hərəkətlilik, uzun müddətli yataq rejimi və bəzi medikamentozlar, kalsium, demir preparatları, nəticəsində baş verə bilər. Qəbizliyə klimat dəyişikliyi də səbəb ola bilər.

Qəbizliyin digər səbəblərindən biri stress, sinir sistemi gərginliyi ola bilər. Ola bilər ki, bağırsaq çatı, babasil zamanı ağrı hissiyatı uşaqda defekasiya qorxusu yaradır ki, bu da qəbizliyə səbəb olur.

Daha ciddi problemlərə gəldikdə isə qəbizlik bağırsağın motorikasını tənzimləyən sinir və endokrin pozğunluqlar nəticəsində ola biler. Bu da infeksion, irsən və endokrin xəstəliklər nəticəsində yaranır.

Qastrit, xora xəstəliyi, qurd xəstəlikləri qəbizliyə səbəb olur. Bəzən qəbizliyi disbakteriozun simptomu kimi qiymətləndirirlər, lakin disbakterioz uşaqda çoxlu qaz (köp) və tez-tez nəcis ifrazına gətirib çıxarır. Lakin bəzən qəbizlik başqa xəstəliyin fonunda disbakteriozla birgə üzə çıxa bilər.

Qəbizliyə səbəb çox erkən vaxtlardan tərkibində zülal olan qidalardan istifadə – süd məhsulları, ət, toyuq və s. Ana südü ilə qidalanma zamanı əgər uşaq zəif əmmə ilə ləng, az miqdarda süd içirsə, bu da qəbizliyə səbəb olur, amma südün miqdarını artıran kimi qəbizlik aradan götürülür.

Yaxşı olar ki, əlavə qidalanmaya sıyıq və pörtülmüş tərəvəzlərə başlanılsın. Unutmayaq ki, hər bir uşağa fərdi yanaşmaq lazımdır. Ola biler ki, qəbizlik yeni qidanın verilməsindən sonra yaransın, belə halda onu digər qida ilə əvəz etmək lazımdır.

Mütəxəssislərin fikrincə, uşağın gücənməsinə səbəb, ya nəcisin çox yüngül olması və anusa təzyiq göstərməməsi, ya da anus əzələlərinin kifayət qədər güclü olmamasıdır. Bəziləri hesab edir ki, çağanın daim uzanması ona nəcisi ifraz etməyə maneə olur. Uşağı dik tutanda onun nəcisdən və qazlardan daha tez qurtulduğunu müşahidə edə bilərsiniz.

Nəzərə alsaq ki, böyük adam qəbiz olanda yerimək işə yarayır, uşağı da uzadıb, ayaqlarını yığıb-açaraq (velosiped sürürmüş kimi) problemi həll edə bilərsiniz. Əsas səbəbi aradan götürmək lazımdır.

Həkim məsləhəti olmadan sərbəst işlədici dərmanlardan istifadə etməyin.

loading...

Bunuda oxu...