UŞAQLARDA LİMFA DÜYÜNLƏRİNİN BÖYÜMƏSİ

Limfa düyünlərinin vəzifəsi – orqanizmi xarici və daxili, yad və zərərli faktorlara qarşı qorumaqdır.

Limfa düyünləri harda yerləşir? – limfa düyünləri orqanizmdə səpələnmiş formada bir çox nahiyələrdə yerləşə bilər. Müayinə zamanı həkimin baxdiğı, boyun, çənəaltı, dilaltı, körpücükətrafı, qoltuqaltı, qasıq və s. qrup limfa düyünləridir.

Limfa düyünü niyə böyüyür? – limfa düyünü daxilində immun mudafiəmizi təşkil edən hüceyrələr vardır. Əgər orqanizm hər hansi təhlükə ilə üzüzədirsə o zaman bu hüceyrələri artırmağa ehtiyac duyur.

loading...

Bu zaman limfa düyünləri böyüyür. Və yaxud da limfa düyünü iltihab və ya hər hansi patoloji prosesə məruz qalibsa o zaman böyüyər. 1 sm daha boyük limfa düyünü böyümüş limfa düyünü sayılır və araşdırılmalıdır.

Müayinə zamanı həkim limfa düyününün rənginə, ağrılı olub olmamasına, sərtliyinə, ətraf toxumalarla birləşib birləşməməsinə və s. diqqət etməlidir. Həmçinin uşağın umumi vəziyyətinə, yaxın zamanda keçirdiyi xəstəliklərə diqqət edilməlidir. Ehtiyac olarsa analizlər edilməli, limfa düyünün ultrasəs muayinəsinə və digər müayinələrə müraciət edilməlidir.

Dr. Ellada Nağıyeva

loading...

Bunuda oxu...