UŞAQLARDA KÖP – NECƏ KÖMƏK EDƏK?

Uşaqlarda köpün çox miqdarda əmələ gəlmə səbəbi həzm sisteminin tam formalaşmaması və ya qida qəbulu zamanı ağızdan hava udması ilə bağlıdır. Bu zaman növbəti tədbirləri həyata keçirərək qazı azalda bilərsiniz:

Hər yeməkdən əvvəl uşağın qarnı üzərinə isidilmiş dəsmal və ya qatlanmış parça qoyulması. Bu zaman qarın isinəcək sorulma və bağırsaq hərəkətləri artacaq, qaz əmələgəlmə azalacaq;

İstənilən məhlul şəklində olan yağla uşağın qarnının saat əqrəbi istiqamətində dairəvi masaj olunması. Əks istiqamətdə olmaz. Bu hərəkət bağırsaqların peristaltikasını (hərəkətini) artırır və qazın bir yerdə yığılıb sancı verməsinin qarşısını alır. Bu hərəkət hər yeməkdən qabaq və ya 1.5-2 saat sonra gündə 4-5 dəfə hər dəfə də 8-10 hərəkət edilməlidir;

loading...

Ayaqların birgə və ya tək-tək bükülüb açılma hərəkətləri. Hər dəfə 5-10 tsikl;

Uşağı 5-10 dəqiqə qarnı üstə uzandırmaq – bu halda qaz öz-özünə rahatlıqla çıxır;

Hər yemək qəbulundan həmən sonra körpəni dik vəziyyətdə 20-30 dəqiqə müddətində saxlamaq lazımdır ki, yığılmış hava gəyirmə zamanı çıxsın;

Yeməkdən 1 saat sonra ananın üzərində və ya atanın üzərində (qarın-qarına) yatması. Bu halda da ana və ya atanın istisi uşağın qarnını isitdiyi üçün qazəmələgəlmə azalır;

Çox qaz yığıldığı hallarda qazçıxarıcı zondların qoyulması: bu zondlar istənilən aptekdə var. Bu zondu çox ehtiyatlı və səliqəli formada əvvəlcə yağlayıb sonra bağırsaq daxilinə yeritmək lazımdır;

Həkimin məsləhəti ilə uşağa razyana, şüyüd və çobanyastığı dəmləməsi içizdirmək olar.

Dr. Fidan Hüseynova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...