UŞAQLARDA İNKİŞAF

Uşaq bir yaşınadək çox sürətlə böyüyür: 4 ayınadək onun çəkisi 2 dəfə, 1 yaşında isə 3 dəfə artır. Bir yaşınadək uşaqların qidaya tələbatı böyük olsa da, onu həzm etmək imkanları çox məhduddur. Buna görə də uşaq üçün ən yaxşı qida ana südüdür.

Ana südü yaxşı həzm olunmaqla yanaşı, onun tərkibində uşağın orqanizminə lazım olan və körpəni bir yaşınadək yoluxucu xəstəliklərdən qoruya bilən bütün komponentlər var. Ana südünün nə təbii, nə də süni analoqu yoxdur.

Anaya spirtli içkilər içmək, siqaret çəkmək qəti qadağandır və südə özünəməxsus iy, yaxud dad verən qidalar (soğan, sarımsaq, istiot və s.) yemək olmaz. Süd verən ananın yeməyi üçün heç bir xüsusi pəhriz yoxdur.

loading...

Ananın yeməyinin tərkibində kifayət qədər zülallar, yağlar, karbohidratlar, vitaminlər və mineral maddələr olmalıdır. Ana gün ərzində 2 litrədək maye qəbul etməlidir. Körpənin yemək rejiminə ciddi fikir vermək, həmişə eyni vaxtlarda yedirtmək lazımdır. Əks halda bu uşağın həzm etməsinə və yuxusuna pis təsir göstərər.

Dr. Fərid Məmmədov

loading...

Bunuda oxu...