UŞAQLARDA İLK GÖZ MÜAYİNƏSİ

Uşaqlarda ilk göz müayinəsi ilk doğulan anda doğum otağında uşaq həkimi tərəfindən aparılmalıdır. Əgər şübhəli durum varsa, dərhal göz həkimi tərəfindən tam müayinə olunmalıdır. Qalan hallarda bir problem olmazsa belə ilk 1,3, 5 və 7 yaşlarda göz müayinəsi aparılmalıdır.

Uşaqlarda ən çox rast gəlinən göz xəstəlikləri;

Gözün refraksiya qüsurları (miopiya,hipermetropiya və astiqmatizm);

loading...

Çəplik;

Göz tənbəlliyi;

Ptoz;

İltihabi xəstəliklər;

Burun-göz yaşı kanal tutulmaları;

Göz içi xəstəliklər;

Anadangəlmə katarakta və s.

Uşaqlarda göz xəstəliklərinin əlamətləri:

Gözləri qıymaq,

Televizora yaxından baxmaq,

Cisimləri gözə yaxın tutmaq,

Çəplik,

Gözlərin qızarması,sulanması,

Göz qapaqlarının şişməsi,

Baş ağrısı və s.

Yuxarıda sadalanan hallar olarsa göz həkiminə müraciət etmək məsləhətdir.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...