UŞAQLARDA DİSPEPSİYA

Uşaqlarda kəskin həzm pozğunluqları mənşəyinə görə 3 qrupa bölünür: funksional, orqanik, infeksion. Funksional mənşəli kəskin həzm pozğunluğuna dispepsiyalar (həzm pozğunluğu) aiddir. Dispepsiyanın sadə, toksik və parenteral növləri var.

Dispepsiyanın sadə növünə əsasən südəmər uşaqlarda rast gəlinir, qidanın həcmi və tərkibinin uşağın fizioloji imkanlarına uyğun gəlməməsi nəticəsində baş verir:

Uşağın həddən artıq qidalandırılması və ya qidanın yaşa uyğun olmaması nəticəsində funksional olaraq mədə şirəsi ifrazı və onun fermentativ təsiri azalır. Bunun nəticəsində mədədə kifayət qədər həzm olunmamış qida nazik bağırsağa düşür.

loading...

Belə əlverişli şəraitdə bağırsaq florası, əsasən də patogen bağırsaq çöpləri sürətlə artır və nazik bağırsağın yuxarı hissəsinə keçir. Burada bakteriyaların təsiri ilə qida fraqmentlərinin qıcqırması nəticəsində zəhərli maddələr əmələ gəlir.

Parçalanma məhsullarının təsiri ilə bağırsaq və mədənin selikli qişasının reseptorlarının qıcıqlanması qoruyucu refleksin əmələ gəlməsinə səbəb olur. Nəticədə mədə-bağırsaq sistemi tərəfindən bir sıra reaksiyalar – qusma, ishal müşahidə olunur.

Dr. Şahnaz Atayeva

loading...

Bunuda oxu...