UŞAQLARDA ÇƏPGÖZLÜK

ÇəpgözlülükUşaqlarda çəpgözlük həm irsi, həm çətin hamiləlik və çətin doğuş səbəbindən ola bilər. Çəpgözlüyün səbəbi sinir sistemi xəstəlikləri, infeksion xəstəlikləri, həmçinin travmalardır. Müəyyən hallarda çəpgözlüyün səbəbi göz əzələlərinin inkişaf qüsurları da ola bilir.

Çəpgözlük zamanı göz və ya gözlər kənar tərəfə baxır ya sanki kənara  “üzür”. Belə hal əksərən körpələrdə olur və adətən, körpənin 6 aylığına yaxın keçib gedir. Müəyyən hallarda valideynlər səhvən gözlərin özünəməxsus yerləşməsini və göz qapaqları arasındakı sahənin formasını çəpgözlük kimi qəbul edirlər. Belə hal yalanşı çəpgözlük adlanır və müəyyən vaxtdan sonar itir.

Körpədə çəpgözlük aşkar edilən kimi həkiminə müraciət etmək vacibdir. Diqqətsiz qalan bu xəstəlik irəlidə görmənin kəskin zəifləməsinə səbəb ola bilər. Çəpgözlük digər səbəbdən baş verdikdə isə həmin səbəbin aradan qaldırılması ilkin məqsəd olmalıdır. Müəyəb hallarda çəpgözlük sinir sistemindəki xəstəliklərin əlaməti ola bilər. Bunu nəzərə alaraq çəpgözlüyü olan uşaqları tək oftalmoloqa deyil, nevropatoloqa da göstərmək gərəkdir.

loading...

Çəpgözlük gözün bir yaxud bir neçə əzələsinin zəif imkişaf etməsinin nəticəsi olarsa onu cərrahi yollada aradan qaldırılmaq mümkün olar. Əgər cərrahi əməliyyata gərək yoxdursa, o zaman xüsusi tibbi aparatda göz əzələləri üçün  məşqlər və digər müalicə növləri təyin edilir. Çəpgözlük zamanı eynək taxılması da məsləhət görülür.

Çəpgözlük bəzən illərlə müalicə olunur. Bu həm xəstədən, həmdə ətrafdakılardan böyük diqqət, zəhmət və dözümlülük tələb edir. Vaxtında müalicə olunmayan çəpgözlük, uşaqlarda ambliopiyaya, daha ağır göz xəstəliyinə səbəb ola bilər. Bu zaman gözün biri beyinin tərəfindən sanki görmə prosesindən xaric edilir. Günümüzdə çəpgözlük və ambliopiya effektiv şəkildə müalicə edilir.

loading...

Bunuda oxu...