UŞAQLARDA BÖYRƏK VƏ SİDİK KANALI DAŞLARI

Böyrəkdaşı xəstəliyiUşaqlarda böyrək və sidik kanalı daşların yaranması genetik və ya anadangəlmə orqan anomaliyasının dərəcəsindən aslıdır. Bəzi hallarda körpə ana bətnində olarkən böyrəkdə və ya sidik kanalında daş yaranır. Böyrək, sidik kanalı və ya sidik kisəsində meydana gələn anomaliyalar böyrək ya da sidik kanalının hər hansı bir hissəsində daşın yaranması ilə nəticələnə bilər.

Böyrək çıxışı darlığı, sidik kisəsinin giriş və çıxışının darlığı, sidik kisəsindən geriyə böyrəyə sidik qaçma kimi hallar da böyrək daşı və ya sidik kanalı daşı yarana bilər.

Uşaqlarda yaranan böyrək daşının erkən diaqnozu və müalicəsi olduqca vacibdir. Böyrəyin inkişafının davam etdiyi yetkinlik dövrünün sonuna qədər böyrəklərdə olan daş müalicə edilməzsə, bu hal uşağın ömür boyu dializə bağlı şəkildə yaşamanıza səbəb ola bilər.

loading...

Uşaqlarda böyrək və yə sidik kanalı daşlarının əlamətləri:

Tez-tez sidik kanalında infeksiyası;

Böyümə və inkişafda ləngimə;

Sidikdə qanın olması;

Qarın və bel ağrıları;

Tez-tez sidiyə getmə, sidik qaçırma kimi əlamətlərlə özünü göstərir.

Uşaqlarda sidik kanalı daşının müalicəsinin növü daşın yerləşdiyi bölgəyə, ölçüsünə, daşın yerləşdiyi lokalizasiya və yaratdığı problemə görə seçilir. Sidik kanalında və sidik kisəsində olan daşalar endoskopik yolla parçalanır.

Böyrəkdə olan daş isə ESWL üsulu ilə parçalanır, lazer vasitəsilə qırıla bilir və ya perkutan edilir. Bəzi hallarda medikamentoz, yəni daşların dərmanla müalicəsi aparılır. Bu müalicə üsullarından müsbət nəticələr əldə edilməzsə daş cərrahi əməliyyat edilərək xaric olunur.

Dr. Allahverdi Musayev

loading...

Bunlarıda bəyənə bilərsiniz ...