UŞAQLARDA BAYILMA

Bayılma beyin qan dövranının pozulması nəticəsində huşun qismən və ya tam, lakin qısamüddətli itməsidir. Bayılmanın səbəbi yorğunluq, qorxu, ağrı, güclü emosiyalar, istivurma, qan azlığı, ürək-damar xəstəlikləri, kəllə-beyin travması, aclıq, bəzi dərmanların qəbulu (məsələn, təzyiqi aşağı salan dərmanlar) və s. ola bilər.

Bayılma bayılmaönü vəziyyətlə müşayiət olunur. Belə ki, bayılmadan öncə uşaq özünü pis hiss edir, ayaqları sanki ağırlaşır, göz önündə qaralma və işartılar, qulaqlarda cingilti hiss edə bilər. Uşağın rəngi avazıyır, dərisi soyuyur. Bayılma çox hallarda qəfləti olur.

Bayılma öz – özünə düzələn hal olduğundan adətən zərərçəkən üçün ziyanla nəticələnmir.

loading...

Bununla belə qəfləti yıxılma nəticəsində zərərçəkən müxtəlif travmalar ala bilər. Hər bir halda uşağı mütləq həkimə göstərmək lazımdır.

loading...

Bunuda oxu...