UŞAQLARDA BAŞ ÇEVRƏSİ

Bəzən baş çevrəsinə önəm verməyən hətta ona zarafatyana ailəcə kimdəsə başın böyük, kiçik, önə doğru qabarıq, arxa ənsə yastı olduğunu stat gətirib keçirlər.

Əgər nə vaxtsa ailədə olan hər hansı şəxsin baş quruluşunu görməzdən gəliblərsə və övladdada bunu davam kimi görmək böyük bir yanlış olar…

Unutmayaqki uşaqlarda baş çevrəsidə boy və kilo qədər önəmlidir. Beləki başın ölçüsü hər aya uyğun dəyişməlidir. Baş çevrəsinin normal inkişafı beynin inkişafından xəbər verir.

loading...

Körpələrdə 6 ay ərzində hər ay, 6 aydan sonra pediatrın nəzarətində bəlli aralıqda yoxlanmağı vacibdir. Əmgəyin normalda 18 aya kimi bağlanmalıdır. Bəzi səbəblərdən bu ya tez yada gec bağlanır.

Bunun səbəbləri müxtəlifdir. Səbəbi araşdırılmalıdır. Ən öndə duran 2 çox eşidilən mikrosefali – baş çevrəsinin normadan çox aşağı olmadı. Makrosefali – baş çevrəsinin normadan çox olması.

Bunun hər ikisinin uşağın inkişafına böyük təsiri var. Normada uşaqlarda baş çevrəsi anadan olanda 35-36 sm olur. Müayinə zamanı uşağın baş çevrəsi ölçülür və nəzarətdə saxlanılır. İlk aylarda gözlə görünən az dəyişiklik nəzərə alınmır. Anadan anamnez toplanılır hamiləlik keçirmə müddəti aldığı müalicələr keçdiyi müayinələr və sonda anada olan infeksiyalar.

Körpə pediatra gələrkən hansı müayinələrdən keçməsi önəmlidir. Rutin olaraq ilk gördüyümüz körpədən qan sidik nəcis analizi işdənməlidir. Vizual olaraqsa başın çevrəsi, boy çəki dərinin rəngi bud-canaq oynağının vəziyyəti gözdibi müayinəsi şüphə olarsa başın sonaqrafisi, rentqen işdənə bilər.

Uşaqlarda baş çevrəsinin böyük və ya balaca olması ilk əvvəl heç bir reaksiya verməsədə sonradan ciddi nevroloji, hərəkət pozğunluğu və digər fəsadlar verir. Vaxtında qoyulan diaqnoz səbəbi aradan götürür.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...