UŞAQLARDA AQRESSİYANIN SƏBƏBLƏRİ

Orqanik səbəblər. Beyində iltihablanma kimi problemlər aqressiyaya səbəb ola bilər. Belə bir vəziyyətdə dərman müalicəsi lazımdır.

Uşağın yığılan enerjisini necə boşaldacağını bilməməsi.

Uşağın müşahidə etdiyi aqressiv nümunə. Bu model uşağın öz valideynləri ola biləcəyi kimi, dostu, bir yaxını və ya cizgi film qəhrəmanı ola bilər.

loading...

Televizordakı şiddət səhnələri. Uşağın seyr etdiyi Tv proqramları idarə altına alınmalıdır. Həmçinin təsadüfi seyr vəziyyətində valideynlər aqressiv səhnələri şərh etməli, doğru olmadığını vurğulamalıdır.

Uşağın şiddətə məruz qalması.

Ailə içindəki mübahisəli mühit. Evdəki gərginlik narahatlığa və hirsə; hirs də təcavüzkarlığa səbəb ola bilər.

Uşağın yoldaşlarının xoşagəlməz davranışa malik olması.

Şiddətə təhrik edən mühit. Uşaqla lağ edilməsi kimi …

Valideynlərin təcavüzkarlığı gücləndirən reaksiyaları. Məsələn, uşağın hirslə istədiyi şeyləri anında etmək kimi. Bu vəziyyətdə təcavüzkarlıq davranışı mükafatlandırılmış olar.

Sevgi ehtiyacının ödənilməməsi, uşağa kifayət lazımi marağın göstərilməməsi.

Dr. Vəfa Əkbər

loading...

Bunuda oxu...