UŞAQLARDA 1 TİP ŞƏKƏRLİ DİABET

Diabet insulin çatmamazlığı nəticəsində ortaya çıxan və qan şəkərinin yüksəlməsi ilə büruzə verən bir xəstəlikdir. İnsulin mədəaltı vəzi tərəfindən sintez olunan və qandakı şəkərin hüceyrələr tərəfindən mənimsənilməsini təmin edən bir hormondur.

Diabetli uşaqlarda insulin çatmamazlığı nəticəsində qandakı şəkərin hüceyrələrə çatdırılmaması nəticəsində ac qalan hüceyrələr enerji yaratmaq üçün qandakı yağları və proteinləri parçalamağa başlayarlar.

Bunun nəticəsində isə çəki itkisi meydana çıxır və bundan əlavə yağların enerji istehsaliı sırasında Keton cisimcikləri ortaya çıxar. Keton isə ürəkbulanmaya və qusmaya səbəb olur.

loading...

Diabetin əlamətləri bunlardır:

Çox su içmək

Tez-tez sidiyə getmək

Gecə sidik qaçırma və ya gecə oyanıb ayaqyoluna getmək

Çox yemək yemək

Çəki artıra bilməmək və ya arıqlamaq

Halsızlıq, yorğunluq, yuxululuq

Ağızdan çürük alma qoxusu gəlməsi

Ürəkbulanma və qusma

Tez – tez nəfəs alıb vermək.

Dr. Xanım Bəkirova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...