UŞAQLAR VƏ KORONAVİRUS

COVİD-19Uşaqların böyüklərlə nisbətdə daha az xəstələnməsi uşaq immun sisteminin hələ daha az təsirlərə məruz qalaraq zəifləməməsidir. Uşaq böyüdükcə isə qidalanma faktorları, ekologiya, həyat tərzi, xroniki xəstəliklər immun sistemini zəiflədir.

Uşaqlar da koronovirusla yoluxa bilirlər lakin onlarda çox vaxt simptomlar çox zəif, bəzən isə heç bir simptom olmur buna görə də uşaqlar virusu yaymaq baxımdan təhlükəli hesab olunur. Bəzən isə konyuktivit (gözün selikli qişasının iltihabı), mədə bağırsaq pozuntusu-qusma və diayeyya kimi əlamətlərlə müşayiət olunur.

Statistikaya görə uşaqlarda da ağırlaşmalar və təəsüflər olsun ki hətta ölüm halları da baş verib. Bəs hansı uşaqlarin bu virusun ağırlaşmalarına məruz qalma riski daha yüksəkdir.

loading...

0-3 yaşli uşaqlar. İmmun sistemi hələ tam formalaşmadığı üçün

Hər hansı xroniki xəstəliyi olan: Şiş xəstəlikləri, qan xəstəlikləri, autoimmun xəstəliklər, xroniki mədə bağırsaq, ürək-damar, tənəffüs sistemi xəstəlikləri. Bu xəstəliklər immun sisteminin zəifləməsi ilə müşahidə olunur

11 yaşdan yuxarı uşaqlar. Artıq usaq bu yaşdan sonra uşaq orqanizmi yavaş yavaş böyüklərikinə bənzəməyə başlayır.

Özünüzü və uşaqları qoruyun.

Dr. Pediatr-Naturopat Aida Rəşidova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...