UŞAQLARDA BÖYÜMƏ VƏ BOY QISALIĞI

BoyNormal böyümə uşağın yaşına və cinsinə uyğun böyümə qrafikində kilo və boy göstəricilərində irəliləyiş göstərməsidir. Doğulduqdan sonra böyümənin ən sürətli olduğu period ilk 2 yaşdır. Bir yaşındakı uşaq anadan olduğu boyun 50% qədər və çəkinin 3 dəfəsi qədər artım göstərir.

Bir yaşdakı uşağın təxmini boyu 75 sm, çəkisi isə 10 kq-a qədərdir. Birinci yaşdan sonra böyümə yavaşlayır. İki yaşından sonra uşaqlar nisbətən sabit sürətlə böyüyürlər və eyni böyümə əyrisində irəliləyiş göstərirlər.

Həyatın ikinci ilində artım 10 sm/il, üçüncü ilində 7 sm/il, 4-5-ci illərdə 6 sm/il qədər olur. Və cinsi yetişkənlik dövrünə qədər 5 sm/il ilə davam edir.

loading...

Uşaqların normal böyüməsi üçün bir çox vacib amillər vadır: orqanizmin sağlam olması, balanslaşdırılmış qidalanma, normal hormonal balans və uşağın əhval-ruhiyyəsinin yaxşı olması, yuxu rejimi və fiziki aktivliyin normal olması. Bu sadalananlardan hər hansı birində problem olarsa yetərsiz böyümə izlənəcəkdir.

Yetərsiz böyümə vəya boy qısalığı nədir

Boy və ağırlığın yaşa və cinsə görə hazırlanmış normal böyümə qrafikində alt sərhəddən də altda olması vəya boy təqibində bir üst əyridən alt əyriyə düşməsi böyümə geriliyi adlanır. Boy qısalığına yanaşmada boyun sm-lə ölçüsündən daha vacib illik böyümə sürətidir.

Valideynlər uşağın böyüməsindəki problemi onların geyim ölçülərindən müəyyənləşdirə bilərlər: belə ki, ilbəil uşağın geyim ölçülərinin artmaması boy probleminin xəbərdaredici əlaməti ola bilər. Həmçinin, yaşıdları ilə müqayisə edərək də boy qısalığını aşkarlamaq olar.

Dr. Ləman Sultanova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...