UŞAQ İNFEKSİYALARI

Qızılca kəskin virus xəstəliyidir və yoluxucudur. İnfeksiya hava-damcı yolu ilə xəstə asqırdıqda, öskürdükdə, danışdıqda ətrafa yayılır. İnkubasiya dövrü 17 gündür. Xəstə uşaqlar inkubasiya dövrünün axırında və xəstəliyin əvvəlində daha yoluxucu olurlar.

Qızılca zamanı 3-5 gün ərzində bədən hərarəti 38-39° -yə qədər artır, ümumi hal pozulur, süstlük, iştahanın pozulması, zökəm, quru öskürək, gözlərin qızarması, yaşarması, işıqdanqorxma əlamətlər müşahidə edilir. 2-3-cü gün yanaqlarda, diş ətinin selikli qişasında səpələnmiş mannı yarmasına oxşayan ləkələr əmələ gəlir.

Sonra 4-6-gün dəridə xırda və iri ləkəli çəhrayı səpgilər əmələ gəlir, üç gündən sonra onlar sönür, itir, dəri qabıq verir. Uşağın halı yaxşılaşır. Lakin qızılca orqanizmin immunbioloji xassələrini zəiflədir, ağırlaşmalar; ağ ciyərlərin iltihabı, laringit, stomatit, kolit, bəzən vərəm xəstəlikləri baş verir.

loading...

Müalicə. Əksər hallarda ev şəraitində aparılır. Xəstəlik ağır olduqda qospitalizasiya məsləhət görülür. Yataq rejimi, gözlərə işıq düşməməlidir, otağı yaş dəsmalla təmizləyir, tez-tez havasını dəyişirlər.

Su çiçəyi-əsas etibarilə uşaqlarda olur. Yoluxma mənbəyi xəstə uşaqlar, hava-damcı yolu ilə yayılır. Xəstəliyin inkubasiya dövrü 14-21 gündür. Süstlük, iştahanın pozulması, üşütmə ilə başlanır. Bədən hərarəti 38-39° qədər artır, üzün, başın, bədənin üzərində səpgilər əmələ gəlir.

Dəridə əvvəlcə qırmızı ləkələr əmələ gəlir. Şəffaf maye ilə dolmuş suluqlara çevrilir, 24- 48 saatdan sonra üzərində qartmaqlar yaranır. 7-8 gündən sonra tökülür, yerində çapıq qalmır. 15-20 gündən sonra səpgilər itir. Zəif uşaqlarda dəridə irinli ağırlaşmalar, otit (qulağın iltihabı), ağ ciyərlərin, böyrəklərin iltihabı baş verə bilər. Spesifik müalicəsi yoxdur, lakin qulluğun xüsusi əhəmiyyəti vardır.

Skarlatina. Törədicisi streptokokkdur. Əsasən 1 yaşından 10 yaşınadək uşaqlar tutulur. İnfeksiyanın mənbəyi skarlatinaya tutulmuş uşaq, yaxud daşıyanlardır. Hava-damcı yolu ilə yayılır. Uşaq sağaldıqdan sonra ömürlük immunitet qazanır. İnkubasiya dövrü 3-7 gündür. Üşütmə, qusma, baş ağrıları, boğazın ağrıması, bədən temperaturunun 38° dərəcəyə çatması ilə başlanır. Dəri örtükləri qızarır, boynunda, çiynində, döşündə xırda nöqtəli qırmızı səpgi əmələ gəlir.

Ən çox səpgilər ətrafların daxili  səthində, büküşlərində, döş qəfəsinin yanlarında, qarının aşağı səthində olur. Yanaqlar qıpqırmızı olur, dodağın və alt çənənin dərisi qızarmış nahiyələrin yanında solğun üçbucaq şəklində olur. Boyunda və çənə altındakı limfa düyünləri böyümüş olur və ağrıyır. Dil «moruğa» oxşayır, tonzillit əmələ gəlir. Ağırlaşmalar: otit, böyrəklərin, oynaqların iltihabı, revmokardit.

Müalicə. Qospitalizasiya. Antibiotiklər, vitaminlər, bütün bədənə ultrabənövşəyi şüalar verilməlidir, şəxsi gigiyena, palataların təmizliyi. Təmasda olan uşaqlar 7 gün uşaq müəssisəsində tibbi müayinədən keçməlidir.

Göyöskürək. Əsasən 1-5 yaşlı uşaqlar tutulur. Törədicisi Borde-Janqu çöpcüyüdür. Hava-damcı yolu ilə yayılır. Xəstəlik keçirdikdən sonra orqanizm ömürlük immunitet qazanır. İnkubasiya dövrü 3-14 gündür. Xəstəlik tədriсən az-az öskürmək, subfebril temperaturla başlayır.

Öskürək şiddətlənir, xüsusən gecələr tutmalar şəklində olur. Тənəffüs səthi olur, baş və boyun venaları gərginləşir, gözdə qansızmalar, burun qanaxmaları müşahidə edilir. Öskürək tutması çox vaxt qusma ilə qurtarır. Tutmaarası dövrdə uşaq özünü yaxşı hiss edir, lakin uşaq orqanizmi zəifləyir. Ağır hallarda 15 dəqiqə çəkən öskürək tutmaları sutkada 40-50 dəfə olur.

Müalicə antibiotiklər, oksigenterapiya, vitaminlər, sedativ və neyroleptik dərmanlar (aminazin, propazin), göyöskürəyə qarşı xüsusi qamma-qlobulin. Profilaktika məqsədilə xəstələnmiş uşağı 40 gün təcrid etmək, 10 yaşına qədər təmasda olan uşaqlar 14 gün karantində olmalıdır. Xəstə uşaqlar açıq havada çox olmalıdırlar.

loading...

Bunuda oxu...