UŞAQ ENDOKRİNOLOGİYASI NƏDİR

Endokrinologiya hormonlar haqqında elmdir. Hormonlar insanın normal böyüməsi, inkişafı və həyat fəaliyyəti davam etdirməsi üçün orqanizmin bir bütün olaraq çalışmasını təmin edir.

Uşaq Endokrinologiyası – anadan olandan 18 yaşa, yəni, yetişkin yaşa çatana qədər, uşaq orqanizminin hər periodunda ortaya çıxan hormonal problemlərlə məşğul olur.

Uşaq orqanizmi böyüklərin “kiçildilmiş modeli” olmadığı üçün, 0-18 yaş uşaqlarda görülən endokrin problemlər üçün, məhz pediatr-endokrinoloq məşğul olmalıdır. Hər hansı bir hormonal nəticə böyüklər üçün patalogiya hesab olunsa da, uşaq orqanizmi üçün öz yaş qrupuna görə norma ola bilər.

loading...

Bu səbəbdən də, uşaq endokrinologiyası ilə məşğul olmaq üçün ilk növbədə hər yaş qrupu üçün uşaq orqanizminin fiziologiyasını bilmək mütləqdir. Uşaqlarda görülən endokrin problemlər böyümə və inkişafla yaxından əlaqəlidir.

Uşaqlarda aşağıda qeyd olunan problemlərdə pediatr-endokrinoloqa müraciət etmək lazımdır:

Boy qısalıqları, böyümə və inkişaf geriliyi, böyümə hormon çatmamazlığı

Tiroid xəstəlikləri,hipotiroidi,hipertiroid,Haşimato,tiroid düyünləri

Şəkərli diabet, piylənmə, insulin rezistentlik, hipoqlikemiya

Cinsi inkişaf problemləri, erkən vəya gecikmiş cinsi inkişaf

Böyrəküstü vəz problemləri

Yeniyetmə qızlarda polikistik over, tüklənmə, aybaşı problemləri

D vitamin çatmamazlığı, raxit, sümük əriməsi, osteogenesis imperfecta

Su-duz mübadiləsi problemləri

Dr. Ləman Sultanova

loading...

Bunuda oxu...