UŞAQ ANATOMİYASI VƏ FİZİOLOGİYASI

anatomiyaUşaq anatomiyası uşaq orqanizminin və onun ayrı-ayrı orqanlarının quruluşunu öyrənir.

Uşaq fiziologiyası ontogenezin ilkin dövrlərində orqanların, orqanlar sistemi və orqanizmdə böyümə və inkişaf zamanı gedən həyati prosesləri –funksiyaları, bu funksiyaların yaş dövrlərində özünəməxsusluğunu öyrənir.

Orqanizmin inkişafı və böyüməsi prosesində quruluş və funksiyasının dəyişməsini uşaq anatomiyası və fiziologiyası elmi öyrənir.

loading...

Canlılarda gedən həyati proseslər tarixi inkişafda dəyişilmiş və mürəkkəbləşmişdir. Hər bir orqanizmin quruluş və fizioloji proseslərini öyrənmək üçün həmin orqanizmin tarixi inkişafı-filogenezini də bilmək vacibdir. Uşaq anatomiyası və fiziologiyasını  öyrənərkən təkamül təliminin elementlərindən (prinsiplərindən) geniş istifadə olunur ki, bu da onun müqayisəli anatomiya və təkamül fiziologiyası ilə əlaqəsini göstərir.

Uşaq anatomiyası və fiziologiyası elmi bütün bioloji və tibbi elmlərlə yanaşı, pedaqogika, psixologiya, fiziki tərbiyə (bədən tərbiyəsi) elmləri ilə də əlaqədardır.

Uşaq anatomiyası və fiziologiyası elmi, ilk növbədə, pedaqoji əhəmiyyət daşıyır. Bu predmetin öyrənilməsi müəllimlərə imkan verir ki, inkişaf etməkdə olan uşaqları müxtəlif yaş dövrlərində düzgün istiqamətləndirsin, fiziki cəhətcə sağlam böyüməsinə şərait yaratsın. Bu elm şagirdlərdə təlim-tərbiyə işinin normal fizioloji-gigiyenik əsasda aparılmasına, fiziki tərbiyə və istirahətin düzgün rejimlə qurulmasına köməklik edir.

Uşaq anatomiyası və fiziologiyası elmi pedaqogika və psixologiya elmləri ilə birlikdə müəllimlərdə yeni dünyagörüşünün formalaşmasına gətirib çıxarır, pedaqoji təhsil sistemində təbiət elmlərinin əsas ünsürlərindən birinə çevrilir.

Təsadüfi deyil ki, bu predmetə dünyanın bir çox görkəmli pedaqoqları, psixoloqları, həkim və bioloqları xüsusi əhəmiyyət vermişlər. Krupskaya yazırdı: “Pedaqoq hər şeydən əvvəl nəyi bilməlidir: insan orqanizminin quruluşu və funksiyasını, onun anatomiyasını, fiziologiyasını və inkişafını. Bunları bilməyən yaxşı pedaqoq olmaz, uşaqları düzgün tərbiyə edə bilməz”.

Uşaq anatomiyasi və fiziologiyasi elminin inkişaf tarixi

Aristotel ürəyin quruluşu, onun damarlarla əlaqəsi, sümüyü qidalarından damarlar, yuxarı və aşağı boş venalar, sinirlər və vətərlər haqqında öz dövrü üçün müfəssəl məlumat verir. O, ürəkdən çıxan iri aorta damarının vahidliyini, qalanlarının isə onun şaxələri olduğunu göstərir.

Herofil onikibarmaq bağırsağı və prostat vəzisini, uzunsov beyni və beyin qişalarını, şərt qişanı və venoz cibləri, hissi və hərəki sinirləri, duyğu orqanlarını və damar sistemini, Erazistrat isə ürək qapaqlarını ilk dəfə tapmış, beyin mədəciklərini, sinirlə beyin arasındakı əlaqəni, beyin səthinin çoxlu qırışıqlardan ibarət olmasını təsvir etmişdir.

Ərəb alimi İbn əl Nafiz XII əsrdə kiçik qan dövranını, Bartolomeo Yevstaxi (1520-1574) orta və daxili qulağı öyrənir, Fallopi uşaqlıq borusunu, yumurtalığı, Varolis isə beyin körpüsünü təsvir edir.

XVII əsrdə ingilis alimi Harvey (1578-1657) böyük qan dövranını kəşf etmiş, italyan alimi Azello (1581-1626) limfa sistemini öyrənmiş, Malpiki (1628-1694) kapilyar və böyrək kapsullarını kəşf etmişdir.

Uşaq anatomiyası və fiziologiyası elmi ümumi anatomiya və fiziologiya elminin tərkib hissəsi olmaqla ondan müəyyən mənada fərqlənir, yəni, ümumi anatomiya və fiziologiya nisbətən cavan elmdir. Bu elm sərbəst bir elm kimi XVIII və XIX əsrlərdə formalaşmağa başlayıb. Onun əsasını qoyanlardan biri də rus alimi N. P. Qundobin olub.

O özünün “Uşağın böyüməsinin xüsusiyyətləri” monoqrafiyasında uşaq orqanizminin sistem və orqanlarının anatomik-fizioloji xüsusiyyətlərini hərtərəfli şərh edir.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...