UŞAĞINIZIN BAŞI AĞRIYIRSA

Uşaqlarda baş ağrısının səbəbi araşdırılmalıdır.

 Miqren tipli baş ağrıları, uşaqda həyati təhlükəyə səbəb olmaz, eyni zamanda fəlc də etməz. Amma bəzi başağrıları vardırki, qısa bir zamanda müxadilə olunmazsa, öldürücü ola bilər. Buna görə baş ağrısının əsl səbəbini öyrənmək mütləqdir.

Beyin şişləri, təzyiqin artması, bəzən meningit, beyin iltihabı kimi xəstəliklər, uşaqlarda baş ağrısına səbəb olur. Adətən uşaqların müayinəsindən sonra baş ağrısının səbəbi yuxarıda qeyd etdiklərimiz çıxar. Bundan başqa, qızdırma, orta qulaq iltihabı, diş apsesi, sinusit də uşaqlarda baş ağrısına yol aça bilər. Əgər övladınız baş ağrısından şikayət edirsə onu mütləq müayinə etdirin.

loading...

Araşdırmalara görə, yeniyetmələrin 8-12 % -də miqren və gərginlik tip başağrısı müşahidə olunur. 7 yaşına qədər uşaqların 40 %- də, 15 yaşına qədər uşaqların isə 75%- də ən az 1 dəfə də olsa baş ağrısı olur. Bunları nəzərə alıb övladlarınızn baş ağrısına laqeyd yanaşmayın.

Unutmayın, gecikməyən müayinə və düzgün müalicə, bir çox ağırlaşmaların qarşısını ala bilər.

Dr. Nərgiz Ağayeva

loading...

Bunlarıda bəyənə bilərsiniz ...