UŞAĞIN İNTELLEKTİ GƏLƏCƏYİNDƏN XƏBƏR VERİR

Əgər insan uşaqlıqda yüksək intelelktə sahibdirsə rahat olmaq olar. Yüksək intellekt uzun ömür və az sayda xəstəliklərin olacağı ilə əlaqəlidir. Edinburq, Oksford və London kollec universitetlərinin əməkdaşları belə deyirlər.

Alimlər 65 mindən çox könüllünü müşahidə ediblər. Könüllülərin yaşı 79 – a çatdıqda sağlamlıq vəziyyətləri qiymətləndirilib. Məlum olub ki, uşaqlıqdan yüksək İQ sahib olanlar ürək xəstəliklərindən, insultdan, xərçəngdən, respirator xəstəliklərdən, demenisiyadan və digər xəstəliklərdən daha az əziyyət çəkir.

Hər əlavə 15 İQ bal respirator xəstəliklər riskini 28%,  ürəyin işemik xəstəliyindən ölüm riskini  25 % və 24 % insultdan ölmə riskini  azaldır.

loading...

Həmçinin 15 əlavə bal sidik kisəsi xərçəngindən 19 %, ağciyər xərçəngindən 25 % və bağırsaq xərçəngindən ölmə riskini 11 % azaldır. Əlaqənin səbəblərində alimlər hələ əmin deyillər.

Ola bilsin ki, yüksək intellekt olan insanlar özlərinə yaxşı baxırlar, daha sağlam həyat tərzi aparırlar yaxud yaxşı genetikaya və daha effektiv mərkəzi sinir sisteminə sahibdirlər.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...