UŞAĞIN CİNSİNİN ANA SƏHHƏTİNƏ TƏSİRİ

Hamiləlik zamanı qadın orqanizmində bir çox dəyişikliklər baş verir. Bundan əlavə körpənin cinsi gələcək ananın səhhətinə təsir edir. Aşağıda bu təsir haqqında fikirlərlə sizinlə bölüşürük.

Bətnində qız uşağı olan qadınlar hamiləlik dövründə ürəkbulanması və yorğunluqdan daha çox əziyyət çəkir, nəinki oğlan uşağı olan qadınlar. Belə nəticəyə Ohayo universitetinin (University of Ohio, ABŞ) mütəxəssisləri gəlib.

Onların tədqiqatında 80 hamilə qadın iştirak edib.

loading...

Alimlər qadınların orqanizmində sitokin maddəsinin dərəcəsini ölçüblər. Həmçinin onlar immun hüceyrələrinin nüsxələrini öyrəniblər. Sonra həmin hüceyrələri laboratoriya şəraitində bakteriyalarla yoluxdurublar.

Nəticə göstəribki, bətnində qız uşağı olan qadınlar hamiləlik dövründə iltihaba qarşı daha həssas olurlar.

İltihabın yüksək dərəcəsi ağrı və yorğunluq simptomlarına səbəb ola bilər. Həmçinin bu astma ilə də nəticələnə bilər. Mütəxəssislərin fikrincə hamilə qadınların sağlamlığına cinsi və digər hormonlar təsir edir.

loading...

Bunuda oxu...