UŞAĞIN ƏZƏLƏ SİSTEMİ

Yeni doğulmuş körpənin bədənində 600 qədər skelet əzələsi var. Uşaq böyüdüyü dövrdə onun əzələlərinin kütləsi 35 dəfə artır.

Əzələ hərəkət orqanıdır, daha doğrusu, orqanizmin hərəkətində aktiv iştirak edir. Bütün əzələlərdə vətərələrdən təşkil olunmuş başçılıq, əzələ liflərindən təşkil olunan qarıncıq və nəhayət, əzələnin qurtaracağı ayırd edilir.

Bir qayda olaraq, əzələlər iki və yaxud daha çox sümüyə birləşərək oynaq əmələ gətirir. Lakin elə əzələlər var ki, onlar sümüyə deyil, hansısa bir orqana, məsələn, dəriyə, göz almasına birləşir.

loading...

Əzələlər sadə və mürəkkəb olmaqla, iki qrupa ayrılır. Mürəkkəb əzələlərdə qarıncıqdan bir neçə başcıq çıxır və ayrı-ayır sümük nöqtələrinə gedir. Məsələn, ikibaşlı, üçbaşlı və dördbaşlı əzələlərdə olduğu kimi. Buna uyğun olaraq vətərlər də bir neçə hissəyə ayrılır. Əzələlər xaricdən sıx birləşdirici toxumadan təşkil olunmuş fassiyalarda örtülmüş olur.

Quruluşuna görə əzələlər enli, gövdə və aşağı ətrafın qursaq əzələləri, uzun, qısa və həlqəvi, bədəni xariclə əlaqələndirən deşiklərin ətrafındakı əzələlər olur. Yerinə yetirdiyi funksiyaya görə əzələlər açıcı, bükücü, aparıcı, gətirici, həmçinin daxil və xaricə fırladıcı əzələ qruplarına bölünürlər.

Əzələ yerləşmə yerindən asılı olaraq baş, boyun, gövdə, yuxarı və aşağı ətraf əzələlərinə ayrılır. Başın əzələləri çeynəmə və mimiki əzələlərə bölünür.  Boyun əzələləri başın əyilməsində, dairəvi hərəkətində, alt çənənin aşağı dartılmasında, qabırğaların qaldırılmasında, tənəffüs prosesində və s. funksiyaların yerinə yetirilməsində iştirak edirlər.

Döş əzələlərindən səthdə yerləşənlər çiyin qurşağı və yuxarı ətrafların hərəkətində, daxildə yerləşənlər isə döş qəfəsi həcminin kiçildilməsində və artırılmasında, başqa sözlə, tənəffüs aktında iştirak edir.

Qarın boşluğu əzələləri onurğa sütunun önə əyilməsində, öz oxu ətrafında fırlanmasında, dərin və sakit nəfəs vermə prosesində, sidik və nəcis ifrazında və s. funksiyaların icrasında iştirak edir.

Yuxarı və aşağı ətraf əzələləri isə başlıca olaraq, açıcı və bükücü əzələlərə, onları bir-birinə yaxınlaşdıran və eləcə də əks tərəflərə dartan-istiqamətlərindən əzələ qruplarına bölünürlər.

loading...

Bunuda oxu...