URETEROSEL

Ureterosel ana bətnində ultrasəs müayinəsi zamanı aşkar olunan anadangəlmə anomaliyadır.

Uretrit: Böyrəkdən sidik kisəsinə enən yoldur. Ureterosel isə, bu yolun sidik kisəsi ilə birləşdiyi yerdə, uretritin selikli qişasında yaranan və sidik kisəsinin içində sallanan torbanın yaranmasıdır. Sidik kisəsindən sidiyin axınını çətinləşdirdiyi kimi, sidik kisəsindən sidiyin çıxışına da mane ola bilər.

Xəstəlik ana bətnində olarkən müəyyən olunur. Körpənin sidiyə getməsi çətinləşə bilər və ya tamamilə kəsilə bilər.

loading...

Doğumdan sonra isə sidik yolu infeksiyalarına bağlı olaraq yüksək temperatur, halsızlıq, narahatlıq və sidiyə getmədə çətinlik yarana bilər.

Müalicəsi:

Ureterosel daha çox ikiləşmiş böyrək və ikiləşmiş sidik yolu olan xəstələrdə yaranır. Erkən diaqnozla körpə doğulan kimi infeksiyanın, böyrək zədələnməsinin və sidik axınının qarşısını almaq üçün ureteroselin rezektoskopla divarı rezeksiyası edilir, nəticədə sidik axını normallaşır.

Ureteroselin müalicəsində həm endoskopiya, həm də cərrahiyə əməliyyatından istifadə edilir.

Dr. Allahverdi Musayev

loading...

Bunuda oxu...