ÜRƏYİN İŞEMİYASI

Döş qəfəsində ağrı, nəfəs darlığı, tərləmə və s. bu kimi əlamətlərin ürəyin işemiyası (“ürəyin qidalanma pozğunluğu”, ürəyə oksigenin normadan az çatdırılması) əlaməti olduğunu çoxumuz bilirik.

Heç bir əlamət olmadan da ürəyin işemiyası olduğunu necə ? Bəli bu gün də kardioloqların qarşısında duran əsas məsələlərdən biri “ağrısız işemiya”dır. Əlamətlərin yoxluğu və ya atipik olması (xəstəliyə xarakter olmayan əlamətlər) xəstəliyin aşkarlanmasını çetinləşdirir. Bu isə xəstənin müalicə olunmaması, xəstəliyin gizlin ağırlaşması, sonda isə ağır infarkt və ya qəfləti ölümlə nəticələnir.

Ağrısız işemiyanın rastgəlmə tezliyi kimlərdə daha çoxdur?

loading...

Şəkərli diabet xəstələri

Yaşlılar

Ürək əməliyyatı olması

Stend köçürülməsi

Ailədə ürək xəstəliyi

Arterial təzyiqin yüksək olması

Xəstəlik 3 qrupa bölünür

Heç vaxt miokard infarktı keçirməyən, aşkar UİX (ürəyin işemik xəstəliyi) olmayan xəstələr

Miokard infarktından sonrakı dövürdə olan xəstələr

Stabil UİX (ürəyin işemik xəstəliyi) olan xəstələr

Spesifik əlamətlər olmasada xəstələr adətən ümumi əlamətlərlə şikayət edirlər. Halsızlıq, əvvəllər gördükləri işi yerinə yetirərkən çətinliyin yaranması, ürək döyünmə hissiyatınən tezləşməsi, yuxuda tez tez boğulma hissiyatının olması  “agrısız işemiya”nın olma ehtimalına əsas verir. Xəstəliyin vaxtında aşkarlanması və müalicə olunması mühüm əhəmiyyət kəsb edir.

Dr. Sənubər Talıbova

loading...

Bunuda oxu...