ÜRƏYİN İŞEMİK XƏSTƏLİYİ

 Ürəyin işemik xəstəliyi  ürəyin tac damarlarının birində yaxud bir neçəsində ötürücülük qabiliyyətinin tam və ya nisbi pozulmasıdır.

Bu xəstəlik ürək-damar sisteminin ən çox yayılmış patologiyasıdır. Ürəyin işemik xəstəliyi zamanı miokard zədələnir. Xəstəlik əsasən 50 – 65 yaş arası insanlarda baş verir. Kişilər daha çox bu xəstəlikdən əziyyət çəkir. Patologiya kəskin, yaxud xroniki ola bilər.

ÜİX əsas səbəbi koronar arteriyaların aterosklerozu ola bilər. Bu isə tromboemboliya, stenokardiyaya, damarların spazmına səbəb ola bilər.

loading...

Xəsətəliyin səbəbləri arasında bunlar var:

Siqaret və alkoqol

Lipid mübadilənin pozulması

Hipertronik xəstəlik

Hərəkətsiz həyat tərzi

Artıq çəki və piylənmə

Şəkərli diabet

Ürəyin işemik xəstəliyinin nəticələri çox ciddidir: əlillik, ən pis halda isə ölüm.  Xəstəliyin inkişafını dayandırmaq üçün sağlam həyat tərzi, normada olan bədən çəkisi, düzgün qidalanma, arterial təzyiqin müşahidə olunması və fiziki aktivlik vacibdir.

loading...

Bunuda oxu...