ÜRƏYƏ ƏN FAYDALI 3 MƏHSUL

Ürək-damar sistemi xəstəlikləri ölümün əsas səbəbidir. İldən ilə bu xəstəliklər “cavanlaşır” və son zamanlarda tez-tez cavan insanlarda aşkar olunur.

Ürəyin sağlamlığı üçün qəbul etdiyimiz qidalar çox böyük rol oynayır. Bəzi məhsullar ürəyə xüsusilə faydalıdır. Onlardan tex-tez qəbul edin.

Qızılbalıq (losos)

loading...

Omeqa 3 polidoymamış yağlı turşularla xüsusilə zəngin olan qızılbalıq aterosklerozun inkişafını ləngidir, damarları xolesterindən (piyə oxşayan maddə) təmizləyir.

Ateroskleroz zamanı damarlarda xolesterin yığılır. Nəticədə damar daralır, onun keçirmə qabiliyyətini pozulur. Ateroskleroz ürək-damar sistemi xəstəliklərinin, infarktın və insultun əsas səbəbidir.

Omeqa 3 yağlı turşular həmçinin ürək ritminin tənzimlənməsinə kömək edir.

Badam

Badam “arginin” adlı aminturşusu ilə zəngindir. Bu maddə damarları genişləndirir ki, nəticədə orqanizmdə və o cümlədən ürəkdə qan dövranı yaxşılaşır. Həmçinin arginin arterial təzyiqin tənzimlənməsinə kömək edir.

Ərik qurusu

Ərik qurusu kaliumla zəngindir. Kalium ürəyin normal fəaliyyəti, normal yığılması üçün olduqca vacib olan mineraldır. Kaliumun orqanizmdə çatışmamazlığı ağır aritmiyaların inkişafına səbəb olur.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...