ÜRƏKBULANMANIN QARŞISINI NECƏ ALMALI

Hamiləliyin ilk aylarında anaların sıx yaşadığı problemlərdən biri mədə bulanması, qusma şikayətləridir. Bu dövrdə hər növ yemək və qoxular qadının mədəsini bulandıra bilər.

Ancaq hamiləlikdə yaşanan bu xoş şikayətlə baş etmək üçün bəzi tədbirlər görmək kifayətdir.

Səhərlər mədənin yüngül bulanması normaldır. Mədə bulanması, qusma və mədədə göynəmə ilə yaşanan reflüks (mədə möhtəviyyatının qida borusuna geri qayıtması və onu zədələməsi) hamiləlikdə sıx görülən mədə şikayətlərindəndir.

loading...

Bulantı və qusma menstruasiya gecikməsindən sonra görülən ən birinci əlamətdir və hamilələrin 60-80%-də bu əlamətlər görülür. Səhərlər mədənin azca bulanması halları demək olar ki, bütün hamilələrdə yaşanır. Bulanmalar əsasən 5-6-cı həftələrdən başlayır, 8-ci həftədə daha da artaraq 14-16-cı həftəyə qədər azalır, bəzən də doğuşa qədər davam edə bilər.

Çəki azalması və orqan çatışmazlığı kimi acı tablolara qədər gedib çıxa bilər

Hamiləlikdə “hiperemezis gravidarum” olaraq adlandırılan 0.5-1% nisbətində rastlanan ürək bulanma və qusmaların daha ağır nəticələndiyi hallar da olur. Çəki azalması, çox su itkisi, ən ağır hallarda isə qaraciyər və böyrək çatışmazlığına qədər gedə bilən bir problemdir. Belə hallarda həkim müayinəsi mütləqdir.

Siqaret, kəskin qoxulu ətirlər və qızartma yemək qoxularından uzaq durun.

Dr. Samirə Hüseynova

loading...

Bunuda oxu...