ÜRƏKBULANMA

Ürəkbulanma mədə girəcəyində xoşagəlməz duyğu, ağırlıq hiss edilməsi. Bu vaxt bəzən xəstənin rəngi qaçır, çox tərləyir, ürəkdöyünməsi olur, ağız suyu axır və tənəffüs hərəkətləri yavaşıyır.

Çox vaxt ürəkbulanma qusmadan əvvəl olur. Mədə şirəsinin turşuluğu az olduğu üçün ürəyi bulanan xəstələrə yemək vaxtı qəbul etməyə 1 xörək qaşığı təbii və ya süni mədə şirəsi təyin edirlər.

Öd kisəsinin selikli qişası qıcıqlanmış xəstələrə zondsuz dübaj təyin edirlər; 1 çay qaşığı acı duzu 1/4 stəkan isti suda əridirlər, xəstə bunu yavaş-yavaş içir və sağ böyrü üstə 40 dəqiqə isitqacla uzanır. Belə etdikdə öd çıxır və ürəkbulanma azalır.

loading...

Spirtli içki ilə zəhərləndikdə mədəni əvvəlcə restoran üsulu ilə yuyur, bu kömək etmədikdə yoğun zondla yuyurlar, sonra xəstəyə 1/2 stəkan suya 3—5 damcı naşatır spirti töküb verirlər.

Tibb bacısının məlumat kitabı — B.: «Çıraq» 2008.

loading...

Bunuda oxu...