ÜRƏK NEVROZU

Ürək nevrozu ürəkdə heç bir xəstəlik aşkarlanmır. Ürəkdə yalnız funksional dəyişiklik aşkar edilir. Bir çox həkimlər xəstəliyi “Svilizasiya xəstəliyi “ adlandırır və belə hesab edirlər ki müasir insanın stressli və sosial həyatı kardionevrozun yaranmasında böyük rol oynayır.

Adətən xəstələr ‘’ürəyim çırpınır”,”ürəyim sıxılır”, “nəfəsim çatmır”,”əl-ayağım üyüşür”, ”ürəyim ağrıyır”,”ağrılar çox çəkir, heç bir dərman kömək etmir“, heç bir həkim xəstəliyimi tapa bilmir” şikayətilə müraciət edirlər.

Kimlərdə daha çox rast gəlinir?

loading...

Yeniyetmə və erkən gənclik yaşlarında

Hamilələrdə

Klimaks dövrü qadınlarda

Stressli həyat tərzi yaşayanlarda

Əlamətləri:

Ürəkdöyünmə

Təzyiqin yüksəlməsi

Ürək nahiyəsində ağrı

Nəfəs darlığı

Tərləmənin artması

Yuxu pozğunluğu

Halsızlıq

Ayaqlarda üyüşmə hissi

Unutmayaq ürək nevrozunda qeyd etdiyimiz əlamətlər ciddi ürək xəstəliyinin də göstəriciləri ola bilər! Yalnış qoyulan ürək nevrozu diaqnozu xəstədə ürək qan damar sistemi tərəfindən geridönməz fəsadlar yarada bilər!

Dr. Sənubər Talıbova

loading...

Bunuda oxu...