ÜRƏK MƏNŞƏLİ POZULMALAR

Ürək-damar sistemin xəstəliklərinin ümumi əlamətləri belədir: təngnəfəslik, ürəkdöyünmə, ürək nahiyəsində ağrılar, başgicəllənməsi, qızdırma. Taxikardiya bəzən müxtəlif emosiyaların təsiri kimi sağlam adamlarda da ola bilər. Bu zaman pişikotu kökünün preparatları yaxşı təsir göstərir.

Ürək nahiyəsində ağrı tac damarlarının mənfəzinin daralması nəticəsində miokardın qanla yaxşı təchiz olunmaması ilə əlaqədardır.

Təngnəfəslik karbon qazının çoxluğundan tənəffüs mərkəzinin qıcıqlanması nəticəsində baş verir. Qanın oksigenlə lazımınca doymaması və karbon qazının çoxluğu kiçik qan dövranında durğunluğun nəticəsidir. Fiziki iş gördükdə taxikardiya ilə birlikdə təngnəfəsliyin əmələ gəlməsi ürək çatışmazlığının başlanmasının ilk əlamətlərindən biridir. Bəzən başgicəllənməsi, başağrısı, bayılma və zəiflik olur.

loading...

Ürəyin işemik xəstəliyinə  qan dövranının müxtəlif dərəcədə pozulması olan stenokardiya, miokard infarktı və kardioskleroz aiddir. Stenokardiya və yaxud döş anginası tac damarlarında qan dövranının pozulması ilə əlaqədar olub, cavan və ahıl yaşlı insanlarda baş verir. Əsas əlaməti ürək və ya döşarxası nahiyələrdə tutmaşəkilli ağrı və onun sol qola, kürəyə, boyuna vurması, bir neçə dəqiqədən bir neçə saata qədər davam etməsidir, yarım saatdan sonra miokarda infarktına keçir.

Ağrı qan dövranının pozularaq miokarda qanın az gəlməsi ilə izah olunur; çox vaxt fiziki və psixi gərginlikdən sonra başlanır. Ağrı adətən orta şiddətli, az hallarda isə güclü olur.

Miokard infarktı. Tac damarlarından birinin çox daralması, trombla tutulması nəticəsində ürək əzələsinin müəyyən nahiyəsinin nekrozudur, yəni ölməsidir.  Adətən, miokard infarktına tac arteriyalarının aterosklerozu, hipertoniya xəstəliyi və s. səbəb olur.  Şiddətli həyəcan təsirindən də infarkt baş verə biər. Əksərən 40-60 yaşlı, az hallarda cavan adamlarda baş verir.

Miokard infarktının əsas əlaməti döş sümüyü arxasında, ürək nahiyəsində stenokardiyaya xas 20-30 dəqiqə, bəzən bir saat davam edən şiddətli, dözülməz ağrıdır. Ağrı qəflətən, bəzən huşun itməsi ilə meydana çıxır, sağ qabırğa altında, qarnın üst hissəsində olur, qarın köpür, ağrılı və gərgin olur. Bu, mədə formasıdır.  Ağrılar sol qola, çiyinə, boyuna vurur. Bəzən tutma ürək astması tutması ilə başlanır. Bu zaman xəstə oturaq və ya yarımoturaq vəziyət almağa məcbur olur.

Bu formada ölüm faizi çox olur. Temperatur tutmadan 2 gün sonra yüksəlib 38-38.5 dərəcəyə çatır. Leykositoz olur, EÇS artır. Bədən yapışqan tərlə örtülür, boz rəng alır. Nəbz kiçik, tezləşmiş olur. Arterial təzyiq azalır, ağciyərlərdə yaş xırıltılar eşidilir, boğulma baş verir. Bəzi xəstələrdə miokard infarktı ağrısız, ürək-damar çatışmazlığı şəklində keçir.

Ürək astması da kəskin ürək çatışmazlığından biridir. O, boğulma tutmaları ilə izah olunur. Hipertoniya, kəskin diffuz nefrit, miokard infarktı olan və yaşı 50-ni keçmiş kişilər daha çox xəstəliyə meyllidirlər. Xəstəliyin səbəblərindən biri sol mədəciyin işinin kəskin çatışmaması, yaxud tənəffüs, qan dövranı və sinir sisteminin vəziyyətində baş verən dəyişikliklərdir.

Boğulma tutmaları xəstəni oturaq vəziyyətə məcbur edir. Xəstə narahat olur, tənəffüzü tezləşir, səthiləşir və çətinləşir, sianoz baş verir, yapışqanaoxşar tər əmələ gəlir. Bir neçə dəqiqədən bir neçə saatadək bu vəziyyət davam edir. Sonra ürəyin işi tezləşir, qan təzyiqi artır, müalicə olunmazsa, ölümlə nəticələnər.

loading...

Bunuda oxu...