ÜRƏK ÇATIŞMAZLIĞI NƏDİR

ÜRƏKHər bir orqan və toxumanın öz funksiyasını yerinə yetirməsi üçün qan və oksigenlə təmin olunmalıdır. Orqanizmdə orqanların qan təchizatını ürək yığılma və genişlənmə funksiyası ilə yerinə yetirir.

Ürək çatışmazlığı isə ürəyin yığılma və genişlənmə funksiyasında olan qüsurlar səbəbindən orqan və toxumalara yetərincə qan göndərə bilməməsi durumudur.

Ürək çatışmazlığının əsas səbəbi ürək-damar xəstəliyi keçirilmiş infarkt və yaxud da yüksək təzyiq kimi xəstəliklərin olmasıdır. Ürək çatışmazlığına səbəb ola biləcək digər xəstəliklər bunlardır:

loading...

Ürək qapağı və ürək əzələsi xəstəlikləri

Anadangəlmə ürək xəstəlikləri

Şəkərli diabet xəstəliyi

Xroniki böyrək çatışmazlığı

Ürək çatışmazlığının əlamətləri:

Ürəyin bədənə yetərincə qan ötürə bilməməsi nəticəsində ağciyərlər və bədənin müxtəlif yerlərində maye toplanmağa başlayır və bu hal müxtəlif əlamətlərə səbəb olur. Açıq görülə bilən əlamətlər bunlardır:

Nəfəs darlığı

Yorğunluq

Ödəm

Tez çəki alma

Öskürək

Bununla yanaşı iştahasızlıq, gecələr tez-tez sidiyə getmə, ürəyin tez-yez döyünməsi kimi əlavə əlamətləri ola bilər. Bir xəstədə bu əlamətlərin biri, və ya bir neçəsi olur. Əgər xəstə lazımi müalicəni alırsa, yuxarıdakı əlamətlərdən heç birinə rast gəlinməyə bilər.

Ürək çatışmazlığı ciddi bir xəstəlik olub zamanında müalicə olunmadığı halda həyati təhlükə yarada bilir. Bununla belə, vaxtında aşkar edilərək müalicə olunarsa, xəstə uzun və keyfiyyətli bir ömür sürə bilər.

Dr. Rəşad Hüseynov

loading...

Bunuda oxu...