ÜRƏK BÖYÜMƏSİ

KardiomeqaliyaÜrək böyüməsi tibbdə Kardiomeqaliya kimi bilinir. Ürəyin divarlarının qalınlaşması və ya ürək boşluqlarının genişlənməsidir. Gecikmiş hallarda xəstəlik ürək çatışmazlığı ilə nəticələnir.

Bəzi hallarda xüsusilə idmançılar və gərgin fiziki işlə məşğul olanlarda, hamilələrdə ürəyin ölçüləri normandan bir qədər yüksək ola bilər. Belə hallarda diqqətli olmalı  gərəkdir. Bu böyümənin bir xəstəlik və ya norma olduğunu araşdırmaq lazımdır.

Adətən ürək böyüməsi ayrıca xəstəlik olmayıb, hər hansı ürək xəstəliyinin nəticəsidir.

loading...

Qazanılmış ürək qapaq xəstəlikləri

Anadan gəlmə ürək qüsurları

Ürəyin koronar xəstəlikləri

Yüksək təzyiq

Ürək krizi

Ürəyin virus və digər infeksion xəstəlikləri

Risk qrupuna daxildir:

Piylənmə, metobolik pozğunluq

Şəkərli diabet

Hipo və hipertrioidit (“zob”)

Müasir dövrdə ürək böyüməsinin müalicəsində bir çox effektiv nailiyyətlər əldə edilmiş və əlbətdə ki sevindirici haldır ki, bu xəstələrin həyatının normallaşdırılması və ömrün uzadılmasında böyük əhəmiyyət daşıyır. Bunlarla yanaşı xəstələr diqqət etməlidir:

Çəkiyə nəzarət (normal göstərici daxilində saxlamaq)

Doymamış yağlara üstünlük verilməsi

Yüngül idman, təmiz havada yürüş

Müalicənin düzgünlüyündən əmin olmaq və xəstəliyin gedişini izləmək üçün davamlı müayinə.

Ürək böyüməsinin xüsusi formaları kardiomiopatiyalardır.

Həmişə sağlam olun!

Dr. Sənubər Talıbova

loading...

Bunuda oxu...