ÜRƏK ASTMASI NƏDİR

Ürək astması kəskin ürək çatışmazlığı nəticəsində təngnəfəslik tutması baş verməsi ilə xarakterizə olunur. Ən çox arterial hipertoniya, miokard infarktı, kardioskleroz, ürək qüsurları kimi ağırlaşmalar baş verir. Təngnəfəslik tutması əksəriyyətlə gecə baş verərək, nəfəsalma və nəfəsverməni çətinləşdirir və xəstənin vəziyyətini birdən-birə çox ağırlaşdırır.

Tutma baş verdikdə xəstə yataqda oturaraq qıçlarını aşağı sallatmağa məcbur olur. Xəstənin dərisi göyümtül rəng alır və tərlə örtülür. Tənəffüs sürətlənərək dəqiqədə 30 – 40-a çatır. Öskürək əvvəl quru olur, sonralar çəhrayı rəngli köpüklü bəlğəm ifrazı ilə müşayiət olunur, bu isə ağciyərlərdə ödem inkişaf etdiyini göstərir. Nəbz sıx, adətən, gərgin və bəzən aritmik olur.

İlk yardım – xəstənin ayaqlarını salladaraq rahat oturmasına kömək edin, oksigenlə müalicəyə başlayın və təcili olaraq təcili tibbi yardım çağırın.

loading...

Dr. Afaq Qəhramanova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...