UD-HİNDİ YAĞI

ud hindiUd hindi bitkisinin rafinə olunmamış zeytun yağında çıxarışı antibakterial və iltihab əleyhinə təsirləri sayəsində burun boşluğu, ağız boşluğunun və badamcıqların iltihabi xəstəliklərində tətbiq olunur.

Tərkibi:

Ud hindi,

loading...

Rafinə olunmamış zeytun yağı,

evkalipt efiri,

propolis.

Evkalipt efiri əsas tərkib hissəsi olan sineol sayəsində güclü antiseptik effekt verir, iltihab əlamətlərini zəiflədir, boğazda, həmçinin burnun selikli qişasında olan şişkinliyi azaltdığı üçün tənəffüsü rahatlaşdırır.

Propolis tərkibində olan təbii antibiotiklər hesabına patogen mikroorqanizmləri məhv edir, təbii ağrıkəsici effekt verir.

İstifadəsinə göstəriş:

Burun tutulmaları, rinitlər, o cümlədən allergik rinit,

Burun balıqqulaqlarının hipertrofiyası,

Damaq badamcıqların hipertrofiyası, tonzillitlər,

Haymorit, frontit,

Xarici və orta otit, müxtəlif qulaq ağrıları,

Qrip, soyuqdəymə,

Oynaq ağrıları, artrozlar, artritlər, osteoxondroz.

İstifadə qaydası:

Rinitlər (o cümlədən allergik rinit), badamcıqların iltihabı zamanı gündə 3 dəfə, böyüklər hər dəfə 4-5 damcı, uşaqlar isə 2-3 damcı uzanıqlı vəziyyətdə buruna tökülür. Müalicə müddəti xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq 10-20 gün dəyişə bilər.

Qulaq ağrıları və xarici qulağın iltihabında (əsasən də kiçik yaşlı uşaqlarda) uşaqlara gündə 2 dəfə, hər dəfə 1-2 damcı, böyüklərə isə gündə 2 dəfə, 3-4 damcı qulağa tökülür.

Haymorit və frontitin müalicəsində gündə 3 dəfə, hər dəfə 4-5 damcı burun dəliklərinə tökülür. Töküldükdən 3-4 dəqiqə sonra burundan xaric olan selik mütəmadi təmizlənməlidir.

Oynaq ağrıları, osteoxondroz, artritlər, bel ağrısı (radikulitlər) zamanı gündə 2-3 dəfə ağrıyan nahiyəyə 10 damcı töküb əl ilə masaj etmək lazımdır. Həm ağrıkəsici, həm də iltihab əleyhinə təsiri olduğundan oynaq ətrafı iltihabı aradan qaldırır, oynaqların qan dövranını və qidalanmasını yaxşılaşdırır, hərəkət məhdudiyyətini aradan qaldırır. Artrozlar zamanı ən azı 1 ay istifadə edilməlidir.

Əks-göstərişlər: 1 yaşa qədər uşaqlar, fərdi allergik reaksiya. Bu zaman yağın istifadəsini dayandırmaq lazımdır.

loading...

Bunuda oxu...