TULYAREMİYA

TULYAREMİYATulyaremiya kəskin infeksion təbii-ocaqlı zoonoz xəstəlikdir,  toksik-allergik,  az  hallarda  septik  xarakterli,  ümumi  intoksikasiya, qızdırma, limfa düyünlərinin, dərinin, selikli qişaların,  ağciyərlərin  (infeksiyanın  “giriş  qapısından”  asılı  olaraq)  zədələnməsi ilə təzahür edir.

Tulyaremiyanın törədicisi ətraf mühitdə, xüsusilə də aşağı  temperaturlarda  yüksək  davamlılıq  göstərir,  suda  yaxşı  saxlanır,  qurumaya dözümlüdür (tam quruduqda və toza çevrildikdə həssas  heyvanların ifrazatlarında uzun müddət sağ qalır).

Tulyaremiya törədicisi ilə spontan yoluxma hələlik 145 heyvan növündə aşkar edilmişdir.

loading...

Ksenantrop heyvanlarda, xüsusilə də kiçik siçanabənzər gəmiricilərdə  tulyaremiya  zamanı  infeksion  proses  qızğın  surətdə keçir, yoluxmadan sonra onlar nadir hallarda 5-10 gündən artıq yaşayırlar, ona görə də ayrılıqda hər bir heyvan qısa müd dətdə  epizotik  və  epidemik  əhəmiyyət  daşıyır.

Xırda  siçanabənzər  gəmiricilərin populyasiyasının  yüksək  sıxlığında epizootik proses müəyyən müddət davam edə bilər, adətən, bir o qədər uzun  sürmür,  çünki  infeksiya  yoluxmuş  heyvanların  sürətli  ölümünə və  müvafiq  olaraq  populyasiyanın  seyrəlməsinə  və  epizootik  prosesin sönməsinə gətirib çıxarır.

Tulyaremiya insana təmas, peroral, inokulyasiya və inhalyasiya mexanizmləri  ilə  ötürülür.  Təmasyoluxması  gəmiricilərin  dərisini soyduqda, ov zamanı heyvanın cəmdəyini emal etdikdə baş  verir.  Bu  zaman  orqanizmə  törədici  dəri  və  selikli  qişalardan  (sıyrıntı, cırmaq yerləri) daxil olur.

Peroral yoluxması gəmiricilərin ifrazatları ilə çirklənmiş qida məhsularının və suyun (quyu, göl) məişətdə istifadəsi zamanı baş verir. Bu zaman törədici ağızın və həzm yolunun selikli qişasından daxil olur.

İnsan  tulyaremiya  ilə  iksod  gənələrinin  hücumu  zamanı  (bu  yol həssas heyvanlar arasındakı yoluxma mexanzminə oxşardır),  su,  qida,  hava-toz,  həmçinin  təmas  yolu  ilə  yoluxa  bilər.  Yoluxma yollarının xarakterindən asılı olaraq tulyaremiyanın müvafiq klinik formaları inkişaf edir.

Tulyaremiyanın xoralı-bubon və bubon forması transmissiv, həmçinin təmas yoluxmasında (ov zamanı öldürülmüş dovşanların, ondatra cəmdəyinin kəsilməsi) müşahidə olunur. Ağciyər forması (pnevmoniya, bronxopnevmoniya) hava-toz yoluxma  yolunda inkişaf edir. Bu yol həmçinin konyunktivanın zədələnməsinə gətirib çıxarır. Tifoid (abdominal) forma qida və su yoluxma yolunda müşahidə olunur.

Həssaslıq. Tulyaremiya törədicisinə qarşı insanın həssaslığı  olduqca  yüksəkdir:  könüllülər  üzərində  müəyyən  edilmişdir  ki,  infeksiyanın manifest fomasına səbəb olan infeksion doza 25-50  mikrob  ədədi  təşkil  edir.  Xəstəlik  keçirdikdən  sonra  insanlarda  davamlı immunitet əmələ gəlir.

Epidemik prosesin xüsusiyyətləri. Tulyaremiya ocaqları Şimali Amerika, Asiya  və Avropa  ölkələrində  qeyd  olunmuşdur.

Həmçinin təbii ocaqlar Rusiyada müşahidə edilir ki, burada baş  verən xəstələnmələr sporadik xarakter daşıyır.

Tulyaremiya ilə xəstələnmə qeyri-peşəkar və ya peşəxarakterli ola bilər.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...